Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Ankara-Berlin qovğası:Münasibətlərin pisləşməsində yeni dalğa başlayır

 

Türkiyə-Almaniya münasibətləri meşədə azıb qalıb.

Yenixeber.org:  İyunun 29-da Almaniya hökuməti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Hamburqdakı G-20 zirvəsi çərçivəsində qürbətçi türklərlə mitinq keçirmək istəyini rədd etdi. Almaniyanın xarici işlər naziri Zigmar Qabriel Ərdoğanın istəyinin"yaxşı bir fikir olmadığını” və "digər ölkələrin daxili münaqişələrinin içimizə gətirilməsinə icazə vermək niyyətimiz yoxdur", – dedi.

Avropa Parlamentinin sabiq spikeri Martin Şultz daha sərt sözlər işlətdi. Şultz, Ərdoğanın mitinqlərini açıq şəkildə qadağan etməyə çağırdı: "Almaniya evimizdəki dəyərlərə məhəl qoymayan xarici siyasətçilərin çıxışları üçün səhnə olmamalıdır… Türkiyədəki müxaliflər və jurnalistləri həbs etdirən Ərdoğanın Almaniyada geniş miqyaslı tədbirlər keçirilməsini istəmirəm".

Buna cavab olaraq, Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü, səfir Hüseyn Müftüoğlu Şultzun sözlərini "təəssüfedici və qəbulolunmaz" adlandırdı. Türkiyə hökuməti isə alman siyasətçilərin şərhlərini qınadı.

Ərdoğan və Ədalət və İnkişaf Partiyasının (AKP) üzvləri Avropada mitinqlər keçirmək istəyirlər, çünki Avropa türkləri tez-tez hakim partiyaya səs verirlər.

Ankara ilə Berlin arasındakı son söz atışmaları Türkiyə-Almaniya münasibətlərindəki digər ciddi problemlərdən sonra baş verdi. Ötən mart ayında,16 Aprel referendumu ərəfəsində Avropa hökumətləri, xüsusən Almaniya bələdiyyələri AKP liderlərinin türk diasporu ilə görüşlər keçirməsinə imkan vermədi. O dövrdə Ərdoğan Almaniyanı və digər Avropa ölkələrini "nasist praktikası"nda, diplomatik etiketi ciddi şəkildə pozmaqda ittihamladı.

Şifahi söz savaşları yüksək səviyyəli əməkdaşlığa da xələl gətirir. Bir ildən artıqdır ki, Türkiyə hökuməti İŞİD-ə qarşı əməliyyatlar keçirən, İncirlik hərbi bazasındakı alman əsgərlərinin ziyarətinə icazə vermir.

Bu problem Almaniya parlamentinin 2016-cı ilin iyununda I Dünya müharibəsi zamanı Osmanlı hökumətinin erməniləri qətlə yetirilməsi və bunun soyqırım kimi tanınması barədə qərarından başlayıb. Türkiyə alman qoşunlarını İncirlikdən çıxmağa məcbur etdi və iyun ayının əvvəlindən onlar İordaniyada toplaşıb.

Analitik Semih İdizin sözlərinə görə, Türkiyə və Avropa əlaqələri sadəcə poza və bir-birindən uzaqlaşa bilməz. Tarixi, coğrafi və iqtisadi amillər hər iki tərəfin bir-birinə dirsək göstərməməsini tələb edir. Türkiyənin qərbli tərəfdaşları ilə əlaqələri nə qədər pisləşdirəcəyi və yaxşılaşmanın nə vaxt baş verəcəyi hamını maraqlandırır.

Bu arada “Washington Post” xəbər verib ki, Türkiyə hökuməti “Twitter”dən Vaşinqtondakı Sahibkarlıq İnstitutunun Yaxın Şərq mütəxəssisi Maykl Rubinin – Ərdoğanın müntəzəm tənqidçisinin sosial şəbəkəyə girişini məhdudlaşdırmağı xahiş edib.

İyunun əvvəlində Ərdoğan, Rubindən məhkəməyə şikayət edib. O, analitiki ötən ilin yayında Türkiyədə baş vermiş dövlət çevrilişində ittiham olunan “pennsilvaniyalı” vaiz Fəthullah Gülənlə cinayət ortaqlığında ittiham edir.

Rubin, hakim partiyanın ilk dövründən (2002-2007) etibarən Ərdoğanın və AKP-nin ardıcıl tənqidçisidir və Gülənlə şəriklik iddialarını təkzib edir.

Barin Kayaoğlu

"Al-Monitor"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam