Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Əsabil Qasımov istəyir ki, əlillər özlərini kəsib, doğrasınlar” -ŞİKAYƏT VAR

esabil

 

“Milli Məclisin İmişli rayonundan seçilən deputatı Əsabil Qasımov 6 ildən çoxdur ki, bizə olan 77 min dollarlıq borcunu qaytarmır”.

Yenixeber.org:   Bu haqda I qrup əlil Rauf Sultanov sosial şəbəkədəki səhifəsində yazıb.

“Bu yaxınlarda millət vəkili Əsabil Qasımova məxsus “Marina Plaza”nın qarşısına gedərək haqqımızı istədik. Bu zaman plazanın təhlükəsizlik əməkdaşları bizə yaxınlaşaraq bildirdilər ki, Əsabil müəllim burada olmur.Təxminən 1 saat sonra Əsabil Qasımovun vəkili bizə zəng edərək görüşmək istədiyini bildirdi. Görüş zamanı vəkil dedi ki, Əsabil müəllimin sözü budur ki, birdə plazanın qarşısına gəlsəniz, hüquq- mühafizə orqanlarının əməkdaşları sizi həbs edəcək. Bu sözü eşitdiyimizdə onlarla aramızda mübahisə yarandı və dedik ki, haqqımızı istədiyimiz zaman hüquq-mühafizə orqanı bizə nə edəcək ki?
Artıq Əsabil Qasımov bizə hüquq-mühafizə orqanları adından hədə-qorxu gəlir. Təbii ki, onun bizə istənilən pisliyi dəyə bilər. Hətta şərləyib həbs də etdirə bilər. Əgər deputat əlillərə məxsus 77 min ABŞ dollarını bugünədək qaytarmayıbsa, artıq onun niyyəti bəllidir.
Buradan prezidentin köməkçisi cənab Fuad Ələsgova səslənir və xahiş edirəm ki, deputat Əsabil Qasımovun hədə-qorxularına son qoysun. Demokratik ölkədə haqqımı istəyə bilmərəm? Bu gedişatla Əsabil Qasımov məni şərləyərək həbs etdirmək istəyir. Əsabil Qasımov ABŞ vətəndaşının pulunu qaytarmaq istəmir.
Səmimi etiraf edim ki, bu ay ərzində haqqımı ala bilməsəm, aclıq aksiyasına başlayacam və bütün beynəlxalq təşkilatlara bu barədə məlumat verəcəyəm”, deyə I qrup əlil qeyd edib.

R.Sultanovun sözlərinə görə, millət vəkilinin onlara olan borcu 145 min ABŞ dolları civarındaymış: “Onun borcu 145 min ABŞ dolları idi. Əsabil Qasımov bir hissəsinin əvəzində ev verdi. Yerdə qalan 77 min dollar borcu isə istəyəndə hədə-qorxu gəlir. Əsabil Qasımov əlilləri o həddə gətirib çıxarmaq istəyir ki, onlar özlərini kəsib doğrasınlar”.

Qeyd edək ki, R.Sultanov və Qarabağ müharibəsi veteranı Habil Cəfərov İmişli rayonunun millət vəkili Əsabil Qasımova aid olduğu bildirilən Karat MTK-nın dəmirlə (armatur) təmin edilməsində vasitəçilik ediblər. Şikayətçinin sözlərinə görə, 2002-ci ildən millət vəkilinin holdinqinə daxil olan bütün şirkətləri armaturla təmin edib. Bu işbirliyi 2014-cü ilə, daha dəqiq desək, keçmiş ”Qaqarin körpüsü”nün yaxınlığındakı “Azinvest” iş mərkəzinin tikintisinə kimi davam edib.(Gununsesi.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam