Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Zəhərlənmə qəsdən törədilib, ya məsuliyyətsizlik olub?” -Sülhəddin Əkbər

 

Yenixeber.org:  İyunun 10-da Sumqayıt şəhəri H.Z.Tağıyev və Ceyranbatan qəsəbəsində uşaqlar arasında kütləvi zəhərlənmə faktı qeydə alınıb. 150-ə yaxın uşaq Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. İlkin versiya olaraq uşaqların sudan zəhərlənməsi barədə məlumat yayılıb. Səhiyyə Nazirliyi uşaqların Rotavirus infeksiyasına yoluxduğunu təsdiqləyib.

 

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyi  içməli suya çirkli suyun qatılması nəticəsində Rotavirus infeksiyasının qısa vaxt ərzində yayıldığını bildirib. Maraqlıdır ki, Azərsu” ASC isə sudan zəhərlənmənin qeyri-mümkün olduğunu deyir.

 

O zaman uşaqların kütləvi zəhərlənməsində təxribat izi ola bilərmi?

 

Keçmiş milli təhlükəsizlik nazirinin birinci müavini vəzifəsində işləmiş Sülhəddin Əkbər Modern.az-a açıqlamasında insanları düşündürən məsələyə aydınlıq gətirib.

 

“Bu suala müvafiq icra orqanları cavab verməlidirlər. İlk növbədə həm “Azərsu” ASC, həm  Gigiyena və Epidemiologiya Mərkəzi, həm də hüquq-mühafizə orqanları bu hadisə ilə yaxından maraqlanmalıdırlar. Mətbuata verilən son açıqlamadan bəlli olur ki, uşaqların zəhərlənməsinə səbəb olan hadisə çirkli suyun içməli suya qarışmasıdır”.

 

Sülhəddin Əkbər təxribat versiyalarından da söz açıb.

 

“Maraqlıdır, bu qəsdən törədilib, yoxsa, texniki nasazlıq, məsuliyyətsizlik ucbatından baş verib? Bu, artıq araşdırma predmeti olmalıdır. Bunu həm “Azərsu” ASC, həm də Səhiyyə Nazirliyi araşdırmalıdır. Eyni zamanda, Dövlət Təhlükəsizliyi Xidməti də bu məsələ ilə maraqlanmalıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam