Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

"Bu sistemsizliyin əsas səbəbkarları məktəb direktorlarıdır" -Təhsil eksperti

 

Bitməyən təhsil ilindən narazılıqlar artır; Vaqif Qarayev: “Uzadılmış müddət uşaqları yormaqdan başqa heç nəyə xidmət etmir”

Yenixeber.org:  Təhsil müddətinin iki ildir ki, iyunun 14-nə kimi uzadılmasını mənasız hesab edən valideynlər uşaqlarının həddən artıq yorğun olmasından və artırılan bu 14 gün ərzində uşaqlara məktəbdə heç bir bilik verilməməsindən şikayətçidir. “Proqram bitib, şagirdlər boş-boşuna məktəbə gedib-gəlirlər. Məktəbə gedən uşaqlar da, valideynlər də artıq yorulmuş vəziyyətdədir” deyə hamı gileylənir. Məktəblərdə dərsliklər də mərhələli şəkildə yığılmağa başlayıb. Ən sona isə ibtidai sinifləri saxlayıblar ki, uşaqlar dərslikləri qaytara bilmək üçün məktəbə gəlib-getsin.

Dərslikləri yığılmayan şagirdlərdən həmin dərslikləri hər gün məktəbə gətirmək tələb edilir. Şagirdlər və müəllimlər məktəbdə bu 14 günü söhbət etmək, sinif otaqlarını yığışdırmaqla keçirir.


Rayon və kənd məktəblərində isə vəziyyət daha da pisdir. Belə ki, kənd məktəblərində və rayonlarda ümumiyyətlə, uşaqların bəziləri məktəbə getmir, kəndlərdə isə müəllimlər də, şagirdlər də əkin-biçimlə məşğuldurlar. Çünki proqram bitib, keçilməyə dərs yoxdur.


Bəs bu sistemsizliyin səbəbi nədir? Əgər proqram bitibsə, uşaqlara dərs keçilmirsə, tədris müddətinin uzadılmasının mənası varmı?


“XIX Əsr” Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev bu sistemsizliyin əsas səbəbkarlarının məktəb direktorları olduğunu dedi: “Dərs ilinin uzadılmasının təbliğatında müəllimlər də, məktəb direktorları da gərək iştirak edərdi. Burada məqsəd proqramlardakı boşluqların aradan qaldırılmasıdır. Bunun da kökündə dərslərin sentyabrın 15-də başlaması dayanır. Əlbəttə ki, 34 dərs həftəsi digər ölkələrlə müqayisədə azdır. Bu sistemsizliyin əsas səbəbkarları məktəb direktorlarıdır. Burada məqsəd uşaqlara bir neçə gün əlavə dərs keçməklə proqramın mənimsənilməsinə kömək etməkdir. Başqa bir məqsəd ola bilməz. İki həftəyə görə bütün valideynlər niyə bu qədər sarsıntı keçirir? Nazirlik uşaq hüquqlarının pozulmasına xidmət edən, uşaqlara əzab verən bir addım atmır. Məqsəd proqramın normal mənimsənilməsinə xidmət etməkdən ibarətdir. Bizim tədris ilinin içərisində xeyli bayramlar, tətillər var. Bu, hesablanmış, öyrənilmiş bir məsələdir. O zaman Çində gərək əhali ayağa qalxsın ki, bizdə niyə həftəlik dərs yükü 50-70 saata yaxındır. Çində yay məktəbləri də təşkil olunur. Hətta başqa ölkələrdə uşaqları bir nəfər kimi düşərgələrə, ya da yay məktəblərinə cəlb edirlər ki, onlar təhsildən ayrılmasınlar. Həm dincəlsinlər, həm də oxusunlar. Biz də bu cür imkanlar olmadığına görə 14 gün dərs müddətinin uzadılması belə ajiotajlara səbəb olur”.
Bəs şagirdlərin səhhəti və psixologiyası yayın bu isti günlərində dərsə getməyə imkan verirmi?

Image result for Pediatr Vaqif Qarayev


Pediatr Vaqif Qarayev bildirdi ki, uzadılmış bu son müddət uşaqları yormaqdan başqa heç nəyə xidmət etmir:“Rəsmilər bizi dünya ölkələri ilə müqayisə edib deyirlər ki, orada da təhsil uzun müddətlidir və sairə. Amma o da faktdır ki, həmin ölkələrdə tədris ili müddətində uşaqlara tez-tez istirahət verilir. Mənə çatmır ki, biz nəyə görə həmişə pis nümunəni götürürük. Əvvəl tədris müddəti sentyabrın 1-dən mayın 25-nə kimi idi. O zaman uşaqlar pis oxuyurdu? Təcrübə göstərir ki, uzadılmış bu son müddət uşaqları yormaqdan başqa heç nəyə xidmət etmir. Proqram qurtarıb. Bunu müəllimlər özləri də etiraf edir. Artırılmış bu müddətin uşaqlara heç bir faydası yoxdur. Uşaqlar yorulur, əsəbi olur, diqqətsiz olur, iştaha pozulur, yuxu pozulur, ümumi ovqat pozulur. Bu hallar bir-iki uşaqda olsa, adam fikirləşərdi ki, fərd olaraq bu uşaqlar dözmür. Halbuki əksəriyyətdə bu var. Mən həmişə deyirəm ki, valideynə ilk öncə uşağın sağlamlığı vacibdir. Təhsil sonradan gələn şeylərdir. Dövlət orta məktəblərdə tədris ilini uzatmaqla uşaqların sağlamlığına ziyan vurur. Bunu birmənalı şəkildə deyirəm. Uşaqları iki il müddətinə repetitor yanına göndərən valideynlərin günahıdır ki, uşaqlarda imtahanqabağı əsəbilik, təzyiq yaranır, diqqəti, qavrama qabiliyyəti pozulur. Əgər bu uşağın sağlamlığı pozulursa, verəcəyimiz təhsil kimə lazımdır. Axı təhsili sağlam uşağa verərlər. Həkim və illərlə uşaqlarla işləyən bir adam olaraq mən bunun əleyhinəyəm”.(Musavat.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam