Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

"Artıq dünyada 2-ci Dünya Müharibəsinin şərtlərini yaşamırıq, o keçdi" -Türkiyə Prezidenti


”Qətərə qarşı başlanmış sanksiyaları doğru hesab etmirik. Həmrəylik və əməkdaşlığa həmişəkindən daha çox ehtiyacımızın olduğu bir vaxtda baş verən bu hadisə, regionumuzdakı, xüsusən, heç bir ölkənin faydasına, xeyrinə deyil”

Yenixeber.org:   Bunu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdə baş verən proseslərə dair bildirib.

Rəcəb Tayyib Ərdoğan, “Taktik səbəblərlə də olsa, işğal etdiyi ərazilərdə etnik təmizləmə fəaliyyəti aparan, bəzən rejimlə bəzən DEAŞ-ıə əməkdaşlıq edən bir terror təşkilatına arxa çıxmaq da əsla doğru deyil. Siyasi həll perspektivləri ortaya qoymayan, bölgənin tarixi, sosial və mədəni dinamikalarını yox sayan bir təşəbbüsün uğur şansı yoxdur. Özündən başqa heç kimə həyat haqqı tanımayan bir terror təşkilatı tamamilə demokratik güc ola bilməz, belə bir quruluşu təsvir edəcək yeganə ifadə “terror təşkilatı” anlayışıdır”,- deyə əlavə edib.

 Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasındakı iki qütblü status-kvonun, günün tələblərinə cavab vermədiyini qeyd edən Ərdoğan, belə davam edib:

“Başda Təhlükəsizlik Şurası olmaqla qlobal təhlükəsizlik sisteminin zamanın ruhuna uyğun bir şəkildə yenilənmiş olması şərtdir. “Dünya 5-dən böyükdür”. BMT Təhlükəsizlik Şurasının 20 daimi üzvündən biri Şurada nümayəndə olmalıdır”.

“Artıq dünyada 2-ci Dünya Müharibəsinin şərtlərini yaşamırıq. O keçdi”,- deyən Ərdoğan, indi hər şeyin 5 daimi üzvdən birinin dodaqlarının arasında olduğunu ifadə edib. Bu üzvlərin Suriya, İraq, Azərbaycan və Ermənistan arasındakı problemləri həll edə bilmədiklərinə toxunan Ərdoğan, içlərindən birinin “xeyr” deməsi halında da həllin mümkün olmadığına işarə edib.

BMT-dən Azərbaycan, Yaxın Şərqdə də Fələstin ilə bağlı çox qərar çıxdığını bildirən Ərdoğan, Təhlükəsizlik Şurasından dolayı bunun tətbiqinin təmin olunmadığını bildirib.

Ərdoğan, “Bütün bunları həll etmək üçün bizə dünyadakı 196 ölkənin də dönərli olaraq içində yer aldığı Birləşmiş Millətlər Təhlükəsizlik Şurası lazımdır. Hamısının da orada yer alması lazımdır” -deyə qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam