Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

"Azərbaycan ABŞ-ın dəyərli tərəfdaşıdır" -ABŞ prezidenti

 

Donald Tramp: "Azərbaycan ABŞ-ın dəyərli tərəfdaşıdır"

 

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Yenixeber.org:   Məktubda deyilir:

"Mən 28 may Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını Amerika Birləşmiş Ştatları xalqı adından təbrik edirəm. Azərbaycan Amerika Birləşmiş Ştatlarının dəyərli tərəfdaşıdır. Biz birgə səylərimizlə terrorizmə qarşı mübarizə apararaq qlobal təhlükəsizliyi möhkəmləndirmək üçün çalışırıq. Biz Azərbaycan xalqının yanındayıq və təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərimizin möhkəmləndirilməsinə sadiqik.

Siz Avropa üçün yeni enerji mənbəyisiniz və biz bu sahədə uzun müddətli və uğurlu əməkdaşlığımıza görə Sizə minnətdarıq. Sizin iqtisadiyyatınızı şaxələndirmək istiqamətində gördüyünüz işlərlə bərabər biz ölkələrimiz arasında yeni faydalı biznes əlaqələrinin qurulmasını istəyirik. Amerika Birləşmiş Ştatları, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini qətiyyətlə dəstəkləyir.

Mən bu mühüm tarix münasibətilə Sizi təbrik edirəm və həm ölkələrimiz, həm də dünya üçün daha gözəl gələcək naminə Sizinlə fəal tərəfdaşımız kimi işləməyi səbirsizliklə gözləyirəm".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam