Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Nar”-ın dəstək olduğu ümumrespublika olimpiadasının qalibləri mükafatlandırılıb

“Nar”-ın dəstək olduğu ümumrespublika olimpiadasının qalibləri mükafatlandırılıb

 

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyi, Heydər Əliyev Fondu, Təhsil nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutu və “Nar”-ın birgə təşkilatçılığı ilə keçirilən “Ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası” qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

  

Yenixeber.org:  11-ci olimpiadanın yekun nəticələrinə əsasən, Bakı Mühəndislik Universitetinin “BEU Programmers” komandası 1-ci, Bakı Dövlət Universitetinin “CtrlZ” komandası 2-ci, ADA Universitetinin “ADA U1” komandası 3-cü, Bakı Ali Neft Məktəbinin “BHOS2” komandası isə 4-cü yeri tutub.

 

Qaliblər Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyi tərəfindən fəxri fərman və diplomlarla, eləcə də “Nar” operatoru ilə “BestComp Group” şirkətinin təqdim etdikləri qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

 

Olimpiadanın məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, eyni zamanda qaliblər sırasından seçilən tələbələrin beynəlxalq olimpiadalara cəlb edilməsidir. Müxtəlif sahələri əhatə edən çoxşaxəli “Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biri də məhz gənc kadrların yetişdirilməsi və təhsil sahəsidir.  

 

 

“Nar” KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam