Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

ABŞ Türkiyəyə satmadığı silahları PKK-ya verdi -VİDEO

 

agilli bomba

ABŞ mayın 15-dən 20-dək terrorçu PKK qruplaşmasının Suriyadakı qolu “PYD”yə 100 TIR ağır silah göndərib. 

Yenixeber.org:  Silah-sursat İraq-Suriya sərhədindən keçirilərək, Suriyanın Hasek şəhərində terrorçu PYD-yə təhvil verilib.

“PYD” və “YPG”-yə verilən silah və texnika arasında 80 və 120 mm-lik minaatan, “MK19” bombaatan, “M4” “Gabrine” və “M16” tipli avtomat silahlar, “Humwee” hərbi avtomobili, “Cougar” tipli Piyadaların Zirehli Maşınlar da var.
İnformasiyaya əsasən, ABŞ rəsmiləri həmin silahların terrorçu İŞİD qruplaşmasının nəzarətində olan Suriyanın Rakka şəhərinin azad edilməsində istifadə ediləcəyini bildirib.
Rəsmi Vaşinqton iddia edir ki, terrorçu PKK-nın Suriyadakı qolları “YPG” və “PYD”dən taktiki olaraq, İŞİD-ə qarşı mübarizədə istifadə edəcək və sonradan silahları onlardan geri alacaq.
Məlumata görə, ABŞ PKK-nın qollarına verdiyi silahlardan Türkiyə Silahlı Qüvvələrində yoxdur. Bundan başqa, çoxsaylı təkliflərinə baxmayaraq, ABŞ-ın Türkiyəyə satmadığı tankəleyhinə “FGM148 Javelin” raket qurğusu da terrorçulara verilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam