Redaktor seçimi
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
Günün xəbəri

“Azər-Türk Bank”ın 100 mln. manatlıq krediti “Aqrarkredit”ə ötürülüb -HESABAT

 

2

2016-cı ilin iyul ayında “Azər-Türk Bank” ASC həmin dövrdə ciddi likvidlik problemi olan “Bank Standard” QSC-yə 100 mln. manat məbləğində kredit verib.

Yenixeber.org:  Bu barədə bankın 2016-cı il üzrə maliyyə hesabatında deyilir. Hesabat “Ernst&Young CIS” audit şirkəti tərəfindən aparılıb.
Kredit dövlət proqramı əsasında, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən təqdim edilən maliyyələşmə hesabına verilib.
2016-cı ilin sentyabr ayında Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Bank Standard” QSC-ni müflis elan edib və lisenziyasını ləğv edib.

Kredit 31 dekabr 2016-cı il tarixinə ödənilməmiş qalıb. Rəhbərlik hesab edir ki, “Azər-Türk Bank” “Bank Standard” QSC-yə kreditin verilməsindən etibarən həmin kredit üzrə kredit riski daşımayıb. Bu fərziyyə 2016-cı il ərzində dövlət orqanlarından əldə edilən müxtəlif sübutlarla əsaslandırılır. 31 dekabr 2016-cı il tarixinə “BankStandard” QSC-yə verilmiş kreditin qalığı 103,319 mln. manat təşkil edib. Bundan sonra, Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli sərəncamına əsasən “Bank Standard” QSC-yə verilmiş kreditlər və “Azər-Türk Bank”ın AMB qarşısındakı öhdəlikləri “Aqrarkredit” QSC-yə ötürülüb.

Qeyd edək ki, 2016-cı ilin oktyabr ayının 4-dən “Bank Standard” QSC-də sığorta hadisəsi baş verib. “Əmanətlərin sığortalanması haqqında” qanunun 28.1-ci maddəsinə uyğun olaraq bankın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsinə həmin ilin oktyabrın 11-dən etibarən başlanıb. 2017-ci ilin mayın 16-dək “Bank Standard” QSC-nin qorunan əmanətçilərinə 437 mln. 345 min manatdan artıq kompensasiya ödənilib ki, bu da ümumi kompensasiya öhdəliyinin 99,1%-dir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam