Redaktor seçimi
Rövşən Novruzoğlu Hacıbala Abutalıbova
Elxan Süleymanov barədə şok İDDİA – 6 villa tikdi, körpünü uçurdu, 500 ailənin…
SOCAR-ın sabiq əməkdaşı “od püskürür”-
Nehrəm kəndi:
SOCAR-ın əməkdaşları Qarabağ əlilinin evini belə söküb:
QƏZZA: SƏMA ALTINDA “ƏSİR DÜŞƏRGƏSİ” –
Bakı meri postuna daha bir iddialı-
Günün xəbəri

“ÜAK-ın ləğvi Rusiyanın Azərbaycana mesajıdır” -Politoloqdan şərh

 

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi yumşaq dildə desək Rusiyanın Azərbaycana mesajıdır. 

Yenixeber.org:   Bunu politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu mesaj neqativ yüklüdür. Politoloq bunu erməni təxribatı kimi qiymətləndirib: "Ermənilər Rusiya rəsmilərini ələ alıb elə iş görürlər ki, Rusiya-Azərbaycan münasibətləri zəifləyir". Politoloq hesab edir ki, iki dövlət arasında münasibətlərin zəifləməsi Şimali Qafqazda sabitliyə təsir göstərə bilər. M. Əhmədoğlu deyib ki, Rusiya Ədliyyə Nazirliyi xarici təşkilat haqqında qərar verəndə XİN-lə əlaqə saxlayır. Politoloqun fikrincə, XİN rəhbəri Sergey Lavrovun erməni olması faktını nəzərə almaq lazımdır. M. Əhmədoğlu qeyd edib ki, ÜAK-la bağlı deyilir ki, niyə "ümumrusiya" sözündən istifadə edilir? Bu sözün "Rusiya erməniləri"ndə olduğu kimi "Rusiya azərbaycanlıları" ilə əvəz olunmalı olduğunu bildirirlər. Politoloq əlavə edib ki, halbuki rus dilində ümumrusiya sözü çox işlənilir. M. Əhmədoğlu xatırladıb ki, Ümummilli liderin hakimiyyəti dövründə Rusiya-Azərbaycan münasibətləri gərgin olub, Rusiya Azərbaycanı blokadaya salıb. Lakin ümummilli lider həmişə Rusiyanı əməkdaşlığa dəvət edib. O əlavə edib ki, Rusiyanın hazırda MDB-də normal münasibətdə olduğu dövlət yoxdur: "Hətta Rusiyanın Ermənistanla münasibətlərinin yaxşı olduğunu desələr də, Ermənistanın bir günü Rusiyanın qapazı olmadan keçmir". Politoloq vurğulayıb ki, Qırğızıstan, Tacikistanla da münasibətlər gərgindir. Politoloq bildirib ki, Rusiya başa düşməlidir ki, Azərbaycan diasporuna qarşı bu addımı atmaqla erməniləri ruhlandırır: "9 mayda Qarabağ seperatçı rejiminin bayrağının qaldırılması böyük vətən müharibəsi tarixinin saxtalaşdırılmasıdır". O həmçinin deyib ki, ÜAK-ın bağlanması nə dünyanın, nə də Rusiya-Azərbaycan münasibətlərinin sonu deyil, hələ hüquqi prosedur üçün bir ay da vaxt var: "Çalışmalıyıq ki, vəziyyəti xeyrimizə dəyişək".

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?