Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Mübariz Mənsimov Ermənistanla əməkdaşlıq etdiyinə görə, türk iş adamını “əzişdirdi” -ŞOK TƏFƏRRÜAT

mubariz

 

Türkiyədə restoranların birinin açılışında iştirak edən azərbaycanlı iş adamı Mübariz Mənsimov ilə “Uludağ Limonata” şirkətinin rəhbəri Levent Kızıl arasında mübahisə düşüb.

Yenixeber.org:  “Ölkə.Az” saytının əldə etdiyi məlumata görə mübahisəyə səbəb Mübariz Mənsimovun türk iş adamına Ermənistanla biznes əlaqələri qurmasını irad tutması olub.

Türkiyənin məşhur spirtsiz içki markalarından biri olan “Uludağ Limonata”nın Ermənistan bazarına çıxarılmasına görə Levent Kızıla etiraz edən Mübariz Mənsimov Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini xatırladaraq bu işğal nəticəsində 1 milyon insanın doğma el-obasından didərgin düşdüyünü qeyd edib. Bu sözlərə etinasız yanaşan Levent Kızılla daha sonra Mənsimov arasında mübahisə qızışıb və davaya dönüb.

Mənsimov Kızıla stəkan atıb və ona fiziki zərbə endirərək tədbiri tərk edib.

Qeyd edək ki, Türkiyə mətbuatı hadisəni fərqli təqdim edərək guya Mübariz Mənsimovun aktrisa Nur Fəttahoğlunun həyat yoldaşı Levent Vəziroğluna stəkan atdığını yazıb. Lakin əldə etdiyimiz məluata görə Mübariz Mənsimov ilə Nur Fəttahoğlu və həyat yoldaşı Levent Vəziroğlu yaxın dostlardır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam