Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Qanun pozuntusu olsa seçkilər bizim zərərimizə bitəcək” -İranın ali dini lideri

“Düşmənlər bilməlidirlər ki, İrana təcavüz fikrinə düşərlərsə, sərt reaksiya ilə üzləşəcəklər”.

Yenixeber.org:  İRNA-ya istinadən xəbərə görə, bu sözləri  İranın ali dini lideri Xameneyi İmam Hüseyn Universitetinin zabit məzunlarının qarşısında çıxışı zamanı bildirib.

Xameneyi ölkənin hərbi qüdrətini mühüm amil adlandırıb: “İslam Respublikasının raket potensialını qoruyacaq və onu artıracağıq”.

O qeyd edib ki, bu gün İran dövlət olaraq siyasət, iqtisadiyyat, silahlı qüvvələr, beynəlxalq və regional proseslərdə böyük söz sahibidir. Xameneyinin sözlərinə görə, ölkənin düşmənlərinin qısa, orta və uzunmüddətli məqsədləri İranda islam quruluşunun əsasını dəyişdirmək, iqtisadiyyat və vətəndaşların məişəti və İranın təhlükəzisliyinə zərbə vurmaqdır.

Xameneyi mayın 19-da keçiriləcək prezident sçkilərinə də toxunub. Onun sözlərinə görə, əgər  vətəndaşların seçkilərdə iştirakı qanun sərhədlərinə riayət çərçivəsində olarsa kampaniya ölkənin hörmət mənbəyi olacaq: “Lakin seçkilərdə qanun pozuntusu və etikasızlıq olarsa və öz sözlərimizlə düşməni ümidvar etsək seçkilər bizim zərərimizə bitəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam