Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

“Təkcə büdcənin təsdiq edilməsi deyil, onun icrası da böyük əhəmiyyət kəsb edir” –Millət vəkili

“2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi may ayında Milli Məclisdə müzakirə olunacaq”.

Yenixeber.org:  Bu haqda Modern.az-a məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, hələlik sənəd parlamentə daxil olmayıb.

Parlament üzvü bildirib ki, qanuna uyğun olaraq hər il mayda dövlət büdcəsinin icrası ilə bağlı sənəd Milli Məclisə təqdim olunaraq müzakirə edilir: "Bu il də müzakirələr davam edəcək". 

V.Əhmədov hazırda büdcənin icrası ilə bağlı məsələnin önəmli olduğunu vurğulayıb:“Yalnız büdcənin təsdiq edilməsi deyil, onun icrası da böyük əhəmiyyət kəsb edir”. 

Xatırladaq ki, büdcə təsdiq olunan zaman yarana biləcək risklərdən qorunmaq məqsədi ilə neftin qiyməti 3 ssenari üzrə – pessimist qiymətin 1 bareli- 35 ABŞ dolları, baza qiyməti – 40 ABŞ dolları, optimist – 45 ABŞ dollardan hesablanıb. 

Qeyd edək ki, dövlət büdcəsində neftin qiyməti 40 dollardan götürülüb.

V.Əhmədov deyib ki, büdcə müzakirələri zamanı bu, və bir çox başqa məsələlərə baxılacaq:

“Büdcənin gəlirlər və xərclər hissəsinin istifadəsinin qanunauyğun olaraq həyata keçirilib-keçirilmədiyini biləcəyik. Büdcədən artıq, yoxsa əskik xərcləmələrə yol verilməsi müzakirə obyektidir.

Bundan əlavə, büdcə ilə bağlı sənədin may ayındakı müzakirələrindən asılı olaraq, dövlət büdcəsinə müəyyən dəyişikiliklər edilməsi gözlənilir.

Bildiyiniz kimi, son illər dövlət və icmal büdcələrə yenidən baxılaraq düzəlişlərin edilməsi, əsasən, neftin dünya bazarındakı qiymətindən və manatın məzənnəsindən asılı olur”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam