Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

MTN-nin həbs etdiyi şəxs azadlığa buraxıldı -MƏHKƏMƏ

mtn-1.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kompyuter sisteminə qanunsuz daxil olma və bir neçə cinayətdə təqsirləndirilən 1980-ci il təvəllüdlü Rəhman Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yenixeber.org:  "Report"un məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə qapalı keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə R.Musayevin barəsində şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, R.Musayev Cinayət Məcəlləsinin 271-ci (kompyuter sisteminə qanunsuz daxil olma) və bir neçə maddə ilə ittiham edilib. O, 1il 8 ay bundan əvvəl ləğv edilmiş MTN əməkdaşları tərəfindən həbs edilib. Daha sonra R.Musayev MTN-in təcridxanasında saxlanılıb. R.Musayev saxlanıldıqdan sonra MTN-in Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyevin rəhbərlik etdiyi qrup tərəfindən onun istintaqı aparılıb.

İttihama görə, R.Musayevin "Azəriqazbank"da pul hesabı olub. O, xarici vətəndaşla birlikdə sahibkarlıqla məşğul olub. MTN-ə çağırılan R.Musayevdən qazandığı pulların, bank hesabında olan vəsaitin haradan alınması soruşulub. Bundan sonra ona qarşı bir neçə maddə ilə ittihamlar irəli sürülüb.

Xatırladaq ki, R.Musayev və ailəsi də "MTN işi"ndə zərərçəkmiş kimi tanınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam