Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

“Ovçular” MMC-də istehlakçılar aldadılır -ŞOK İTTİHAM

 

Yenixeber.org:  Azərbaycanda kolbasa və sosis çoх istehlak olunan məhsullardandır. Xüsusilə də ayaqüstü qəlyanaltı kimi bu ət məmulatları hər birimizin dadına çatır. Yaxşı bəs mədəmizə ötürdüyümüz kolbasa və sosislər nə dərəcədə keyfiyyətlidir.

Araşdırmalar göstərir ki, ətin bazar qiyməti ilə yerli istehsal olan kolbasa və sosisin qiyməti arasında böyük fərq var. Halbuki standartlara uyğun istehsal olunan kolbasa ətdən baha olmalıdır.

Son günlər Dövlət Baytarlıq Xidmətinin keçirdiyi reydlər nəticəsində məlum olub ki, at, eşşək və xəstə heyvan ətləri kolbasa və sosis istehsalında istifadə olunur. Xüsusi ilə “Elba” firmasında keçirilən yoxlamalar acınacaqlı mənzərəni ortaya qoydu.

Analoji vəziyyətin “Ovçular” MMC-də də hökm sürdüyü deyilir. AzToday.az-ın media üzərində apardığı araşdırmalar zamanı məlum oldu ki, kolbasa şirkətləri vətəndaşları hər addımbaşı aldadır və nəzarət ən aşağı səviyyədədir. Bu baxımdan “Ovçular” firmasının da adı etibarlı istehsalçılar arasında keçmir.

Xatırladaq ki, o zaman MMC Servelat halal”, “Ovçular halal”, “Həvəskar”, “Hinduşka” kolbasalarının və “Moloçniye” sosiskalarının gigiyenik sertifikat və müvafiq reseptura olmadan, “Ruskaya”, “Servelat”, “Moskovskiy servelat”, “Oxotniçaya”, “Lyubitelskaya”, “Doktorskaya”, “Halal bərəkət”, “Halal”, “Domaşniy”, “Halal ovçular” kolbasalarının isə gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal etməkdə, saxlama müddəti ötmüş Almaniya istehsalı olan “Sorbat R” adlı qılaftəmizləyicidən istifadə etməkdə ittiham olunurdu.Həmin ərəfədə “Ovçular ət və ət məhsulları” MMC-nin qapadılması gözlənilsə də bu baş vermədi.

Yuxarıda sözügedən kolbasalar eyni keyfiyyətdə bazarda “at oynadırlar”. “Ovçular ət və ət məhsulları” MMC-nin məhsullarından satıcılar da şikayət edirlər.(politika.az) Onların sözlərinə görə, “Ovçular ət və ət məhsulları”na məxsus kolbasa və sosislər tez yararsız hala düşürlər. Bunu da onlar xammal kimi istifadə edilən ətin keyfiyyəti ilə bağlayırlar.

Araşdırmamız zamanı o da aydın olub ki, 2 il qabaq üzərində “halal” sözü yazılmış “Ovçular” kolbasasından donuz piyi çıxıb.

Bu da şirkətə olan inamı sarsıdıb. Maraqlıdır ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu məsələdə məsuliyyətsizlik edir. Hətta iddialara görə, komitə kolbasa və digər istehsalat müəssisələri ilə bazarlığa getməklə nöqsanlara göz yumur.

Bu da istehsalçıları arxayın edir ki, bazara istənilən məhsulu çıxarmaq olar. Çox güman ki, onlar öz ailəsinə bu məhsullardan alıb aparmır…


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam