Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

"Müharibə təhlükəsini xalq aradan qaldırıb" -İranın ali dini lideri

İranın ali dini lideri ayətullah Əli Xameneyi İrana qarşı müharibə təhlükəsini xalqın aradan qaldırdığını, ancaq bəzi siyasətçilərin bunu öz xidmətləri kimi təqdim etdiyini bildirib.

Yenixeber.org:   A. Xameneyi deyib ki, bəzi siyasətçilərin belə iddiada olması tamamilə yanlışdır.

Qeyd edək ki, İran ali dini liderinin bu bəyanatının hədəfinin prezident Həsən Ruhaninin Nazirlər Kabinetinin üzvləri olduğu şübhə doğurmur. Çünki onlar dəfələrlə bəyan ediblər ki, 2015-ci ildə nüvə razılaşması imzalanmaqla İran ətrafında gərginlik aradan qaldırılıb və İranın nüvə proqramı ilə bağlı məsələnin güc yolu ilə həlli variantı gündəmdən çıxıb.

Xatırladaq ki, mayın 19-da İranda prezident seçkiləri keçiriləcək. İslahatçıların dəstəklədiyi Həsən Ruhani ikinci dəfə bu post uğrunda mübarizə aparacaq. Onun əsas rəqibləri isə mühafizəkar düşərgəni təmsil edən İranın sabiq baş prokuroru Ebrahim Rəisi, Tehranın meri Məhəmməd Bager Qalibafdır.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam