Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Telman İsmayılovun qardaşları ikili qətldə təqsirləndirilir -ŞOK TƏFƏRRÜAT

 

 Onlardan biri həbsdə, digəri axtarışdadır... 

Yenixeber.org:  Telman İsmayılov 8 sifarişli qətl törədən cinayətkar qrupun işinin araşdırılmasında əsas müttəhimlərdən birinə çevrilib. Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Rosbalt” agentliyi yayıb. T.İsmayılov haqqında ifadəni həbs edilən qrup üzvü verib. Agentlik Harri Beloçerkovski adlı bu şəxsin İsmayılovlar ailəsi ilə bağlı olduğunu yazıb.


Beloçerkovskinin iddiasına görə, sifarişli qətllər məhz 2000-2016-cı illərdə İsmayılov qardaşlarının iştirakı ilə törədilib. Bütün qətllər Moskvanın Şimal Administrativ Dairəsində ticarət obyektləri uğrunda aparılan kriminal müharibə ilə bağlı olub. Beloçerkovski həmçinin 2000-ci ildə “Praqa” restoranından Rafiq və Telman İsmayılovların avtoritet Andrey Lobanovun aradan götürülməsi söhbətinə şahidlik etdiyini bildirib. Məhz bu söhbətdən az sonra Lobanov öldürülüb. Agentliyin mənbəsi, tezliklə İsmayılovlara qarşı yeni cinayət işinin açılacağını bildirib: “Rafiq İsmayılova qarşı ittihamlar səsləndirilib və hazırda nəzarət altındadır. Başqa qardaş olan DİN-in keçmiş əməkdaşı Vaqif İsmayılov istintaqdan gizlənib və onun haqqında axtarış elan olunub. Telman İsmayılovun məsələsi isə artıq həll edilir. Ehtimal olunur ki, tezliklə, ona qarşı da axtarış elan olunacaq”.


“Yeni Müsavat” xəbər verir ki, Telman İsmayılovun axtarışda olan qardaşı Vaqif İsmayılov 2 nəfərin qətl işi üzrə əsas fiqurantdır. Vaqif İsmayılov Rusiya DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş əməkdaşıdır. İstintaqın gəldiyi nəticəyə görə killer Mehman Kərimov İsmayılovların sifarişi ilə qətl törədib və Vaqif İsmayılovun evində gizlənib. Qətli sifariş edilən iş adamı isə T.İsmayılovun qardaşı Rafiq İsmayılovun rusiyalı biznesmen şəriki Vladimir Savkin olub.

Image result for məhkəmə


İstintaqın qənaətinə görə qətl sifarişini verən T.İsmayılovun qardaşı Rafiq İsmayılovdur. O, 2016-cı ilin mayında həbs olunub.

R.İsmayılov V.Savkinlə şərikli ticarət kompleksinə malik olublar. Sonradan şərikli biznes satılıb və 10 milyon dollar gəlir əldə olunub. Amma R.İsmayılov şərikinə çatmalı olan 5.6 milyon dollar verməyib. İstintaqçılar hesab edirlər ki, R.İsmayılov pulu V.Savkinə verməmək üçün onu aradan götürmək qərarına gəlib. Bunun üçün əvvəllər məhkum olunmuş Mehman Kərimova V.Savkinin qətli sifariş olunub. Hadisə zamanı V.Savkin təsadüfən biznesmen tanışı ilə birlikdə olduğundan killer onu da öldürüb. Qətldən az sonra Rafiq İsmayılov saxlanılıb və Telman İsmayılov hüquq-mühafizə orqanlarındakı əlaqələri sayəsində onu həbsdən yayındıra bilib və buraxdırıb. V.Savkinin oğlu Roman Savkinin davamlı şikayətlərindən sonra məsələyə Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin qarışıb və yeni müstəntiq işin üstünü bir neçə günə açıb.

Image result for Telman İsmayılovun Qardaşı


Roman Savkinin bildirdiyinə görə, killer bütün məsuliyyəti üzərinə götürüb. Rafiq İsmayılov isə ifadəsində deyib ki, Mehman Kərimov onun tanışıdır və hadisə vaxtı “təsadüfən” ona sürücülük edib. Təbii ki, istintaqçılar eks milyarderin qardaşına inanmayıblar. Əslən Göyçaylı olan Telman İsmayılovun adı bu iş üzrə də keçir. Onun ikili qətl işi üzrə də ən azı şahid qismində dindiriləcəyi gözlənilir.


Xatırladaq ki, T.İsmayılov sabiq nəqliyyat naziri Ziya Məmmədovla yaxın dostdur. Bundan başqa Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə ilə də yaxın münasibətləri var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam