Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

“Türkiyə Naxçıvanda hərbi baza yaratmalıdır” -EKSPERT ŞƏRHİ

“Türkiyə Naxçıvanda hərbi baza yaratmalıdır” -

 

"Naxçıvanda Türkiyənin hərbi bazası çoxdan olmalı idi. Mən bunun əsas tərəfdarlarından biriyəm”.

 

Yenixeber.org:  Bu sözləri BakiPost.az-a hərbi ekspert Üzeyir Cəfərov politoloqların Türkiyənin Naxçıvanda hərbi baza yaratması təklifinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Naxçıvanın təhlükəsizliyini tam şəkildə təmin etmək üçün bazanın yaradılmasına ehtiyac var: "Əvvəla düşünmürəm ki, Ermənistan Naxçıvana qarşı hər hansı bir hərəkət eləsin. Çünki Qars müqaviləsinə əsasən Naxçıvanın təhlükəsizliyi bilavasitə qardaş Türkiyənin üzərindədir. Amma buna baxmayaraq hesab edirəm ki, əgər Rusiyanın Ermənistanda Gümrüdə 102-ci hərbi bazası varsa, niyə bizim Naxçıvanda hərbi bazamız olmasın?

 

 

Başa düşürəm ki, milli təhlükəsizlik konsepsiyamızda başqa dövlətin Azərbaycan ərazisində hərbi bazasının olması məsələsi bir qədər əngəllənib. Amma Milli Məclis hər an toplanıb bu məsələyə baxa bilər. Hesab edirəm ki, bu onsuz da reallaşacaq. Amma bunun gec və tez olması məsələsi var. Nə qədər tez olsa, bir o qədər yaxşıdır. Onsuz da dünyada kifayət qədər ciddi proseslər gedir. Bu proseslərin fonunda mütləq Azərbaycanın müdafiəsini və təhlükəsizliyini düşünməliyik. Həqiqətən də Naxçıvanın təhlükəsizliyini tam şəkildə təmin etməliyik”.

 

 

 

Ü. Cəfərov bildirib ki, Naxçıvanda olmasa da, ən azından Azərbaycanın hansısa ərazisində Türkiyənin hərbi bazası ola bilər: "Bir millət, iki dövlət deyirik. Nədən bir millət və iki dövlətin bir-birinin ərazisində hərbi bazası olmasın? Düzdür, Türkiyədə hərbi baza açmaq doğru olmazdı. Amma NATO üzvü olan Türkiyənin Azərbaycan ərazisində hərbi bazası olmalıdır. Olacaq da. Sadəcə olaraq buna bir qədər zaman lazımdır. Həmçinin bu prosesi də sürətləndirmək lazımdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam