Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

""Nüvə silahından böyük təhlükə" internetdə satılır" -Bill Geyts

 

Yenixeber.org:   "The Daily Telegraph" Microsoft şirkətinin qurucusu Bill Gates-ə istinadən yazır ki, bioterror hücumu 30 milyon insanı bir dəfəyə məhv edə bilər.

Cənab Geyts Londondakı Royal United Services İnstitutunda çıxışından əvvəl verdiyi müsahibədə deyib ki, ən ölümcül virusları tez bir zamanda yetişdirib yaymaq indi həmişə olduğundan daha asandır.

Microsoft şirkətinin banisi bildirib ki, insanın tənəffüs sistemi üçün ölümcül çiçək virusu (daha yüngül suçiçəyi virusu ilə qarışdırmamalı) kimi yoluxucular hətta nüvə hücumundan da təhlükəli ola bilər.

Bill Geyts tərəfindən yaradılmış xeyriyyə fondu hazırda infeksiyaların tez bir zamanda aşkar olunması məqsədi güdən elmi araşdırmaları maliyyələşdirir.

O deyib ki, indi qlobal faciəni önləmək üçün xarici ölkələrə yoluxucu xəstəliklərin qarşısını almaqda kömək etmək son dərəcə mühüm işdir.
"Bioterrorçuluq pandemiyalardan daha böyük risk təşkil edir" - deyib Geyts.

Cənab Geytsin fikrincə, biologiya elminin inkişafı terrorçuların çiçək virusu yetişdirməsini qat-qat asanlaşdırıb. Hazırda bu xəstəliyə qarşı səmərəli immunitet yoxdur.

Geyts bildirib ki, belə bir virus 10 milyondan artıq insanın ölümünə səbəb ola bilər və bu, nüvə silahının törədə biləcəyi qırğından daha böyük rəqəmdir.

O alimlərin gəldiyi nəticəyə istinadən deyib ki, tənəffüs yolları vasitəsilə yayılan yoluxdurucu viruslar bir ildən də az müddətdə 30 milyon insanın həyatına son qoya builər.

Ötən il Nuffield Bioetika Şurası xəbərdarlıq etmişdi ki, "qaraj alimləri" genetik baxımdan modifikasiya edilmiş təhlükəli virusları ətraf mühitə yaymaq iqtidarındadırlar.

Şura bildirir ki, genetik redaktəyə imkan verən kimya vasitələrini internetdən 130 dollara almaq mümkündür.

Alimlərin fikrincə, "Crispr" adlanan avadanlıq o qədər ucuzdur ki, həvəskarlar onu asanlıqla əldə edib ev və ya məktəb laboratoriyası şəraitində işlədə bilərlər.

Bu avadanlıq DNT kodunu qayçı ilə kəsərək onun yeni genlərlə əvəzlənməsinə imkan verir.

Cihaz elmin son dərəcə inkişaf etdiyini göstərsə də, bədxah insanların əlində təhlükəli məqsədlərlə istifadə oluna bilər.

Məsələn, antibiotiklərə müqavimətli bağırsaq çöpünün yetişdirilməsi üçün avadanlığı hazırda internetdən almaq mümkündür.

Cənab Geyts deyib ki, bu gün qlobal səfərlərin geniş imkanları gələcək pandemiyaların 1919-cu ildə yayılmış İspan qripindən daha təhlükəli miqyasda yayılmasına səbəb ola bilər.

İspan qripi 100 milyon insanın ölümünə səbəb olmuşdu 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam