Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Parlamentdə Büdcəyə nəzarət palatası yaradılsın” -DEPUTATDAN TƏKLİF

“Hesablama Palatası öz fəaliyyətinin öhdəsindən gəlir. Lakin aşkar olunan nöqsanlarla bağlı daha ciddi tədbirlərin görülməsini istəyirik”.

Yenixeber.org:  Bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bugünkü iclasında Hesablama Palatasının 2016-cı il üçün hesabatının müzakirəsi zamanı deyib.

Ölkədə maliyyə intizamı ilə bağlı problemlərin olduğunu deyən deputat söyləyib ki, dövlət büdcəsindən vəsait oğurlayanlara qarşı cəzalar daha da sərt olmalıdır.

 “Hesablama Palatasının hesabatına baxdıqda görərik ki, orada maliyyə nöqsanlarının qarşısının alınması ilə bağlı cəzalar o qədər də sərt deyil.  Hesabatda bu cür nöqsanlara görə, işçilərin daha çox işdən azad olunması, töhmət verilməsi və ya onların maaşlarından çıxması tədbirlərini görürük. Lakin biz bilmirik ki, işdən çıxarılanlar hansı səbəblə işdən azad ediliblər. Əgər nöqsanı yaradanlar həqiqətən onlardısa, o zaman həmin insanlar bir yerdən çıxıb digər iş yerinə düzələ bilirlər.

Bu baxımdan yalnız töhmət, işdən azad olunma və ya maaşdan çıxılma kimi cəza tətbiq etməklə bu halların qarşısını almaq mümkün deyil. Bu cəzalar daha sərt olmalı, onlara qarşı cinayət işi açılmalıdır. Düzdür, bütün nöqsanlara görə Hesablama Palatasını günahlandırmaq olmaz”.

 Q. Həsənquliyev həmçinin parlamentdə Büdcə və büdcəyə nəzarət palatasının yaradılmasını təklif edib.

 “Bizdə deputatlar nə büdcənin hazırlanması, nə də ona nəzarət funksiyası da iştirak edirlər. Lakin dünya təcrübəsinə baxsaq, görərik ki,  digər ölkələrin parlamentində yaradılan palataya müxalifəti təmsil edən deputatlar nəzarət edir. Xalqın vəsaitini oğurlayanlar cəzalandırılmalıdır. Oğurlanan vəsaitlərin geri qaytarılması yaxşıdır. Lakin onu edənlər də cəzasız qalmamalıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam