Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

"Lotu Quli"nin yeznəsi ifadə verdi -MƏHKƏMƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Vidadi Huseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Yenixeber.org:  "Report"un məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı ittiham aktını elan edib.

V.Hüseynov elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.

Daha sonra o, sərbəst ifadə verib. V.Hüseynov dindirilən zaman onun barəsində irəli sürülmüş ittihamı əsassız hesab edib: "İttiham saxtadır. Məni tanıyanlar narkotikdən uzaq olduğumu bilirlər. Hadisə günü məni polis bölməsinə dəvət etdilər. Çünki bir müddət əvvəl evimizdən qızıl-zinət əşyaları oğurlanmışdı. Buna görə də polisdən zəng edib, qızıl boyunbağı tapıldığını söylədilər. Orada məlum oldu ki, həmin qızıl mənim deyil. İdarədən çıxanda 3 mülki geyimli şəxs yaxınlaşdı. Onlardan birini tanıyırdım. Dedilər axtarış aparacağıq. Üstümdə olanları götürdülər. Maşının açarını da alıb avtomobilimdə axtarış etdilər. Maşından iki ədəd mobil telefonumu və s. əşyalarımı götürdülər. Amma heç biri protokollaşmadı. Üzərimə baxış keçirilən zaman heç hal şahidləri belə iştirak etməyib. Onlar dedilər ki, Nadir Səlifovun bütün yaxınları həbs olunur".

Məhkəmənin növbəti iclası aprelin 19-na təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, V.Hüseynov 2016-cı ilin aprel ayının 30-da Bakıxanov qəsəbəsi, Sülh küçəsi 4 ünvanının qarşısında Sabunçu Rayon Polis İdarəsi 13-cü bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Saxlanılarkən onun üzərindən 12,360 qram heroin aşkar edilərək götürülüb.

V.Hüseynovun barəsində Cinayət Məcəlləsinin (CM) 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi başlanılıb və Sabunçu Rayon Məhkəməsinin qərarı ilə üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Cinayət işi Sabunçu Rayon Prokurorluğunda araşdırıldıqdan sonra məhkəməyə göndərilib.

İşə Sabunçu Rayon Məhkəməsində, hakim İlqar Abbasovun sədrliyi ilə baxılarkən dövlət ittihamçısı vəsatətlə çıxış edib. Prokuror vəsatətini onunla əsaslandırıb ki, 12,360 qram çəkidə narkotik vasitə olan heroinin V.Hüseynov tərəfindən satış məqsədi olmadan əldə edilməsi, saxlanılması və daşınması kimi qiymətləndirməkdə ibtidai istintaq orqanı haqlı olmayıb. O, cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyib. Məhkəmə vəsatəti təmin edib. Qərara əsasən, cinayət işi yenidən ibtidai araşdırlması üçün prokurorluğa göndərilib.

Daha sonra V.Hüseynov barəsində CM-nin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, V.Hüseynov hazırda həbsdə olan və “Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifovun yeznəsidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam