Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Bölmə rəisinin işdən çıxarılmasının şok təfərrüatı:“Fahişələrdən 3 min manat rüşvət alıblar…”

DIN

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Ceyhun Hüseynovun işdən çıxarılmasının səbəbi məlum olub.

Yenixeber.org:   “Report”un əldə etdiyi məlumata görə, onunla bərabər kapitan rütbəsində olan polis əməkdaşı da işdən çıxarılıb.
Belə ki, bölmə rəisi Ceyhun Hüseynov və adı açıqlanmayan polis kapitanı özlərini Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin (İAQMBA) əməkdaşı kimi təqdim edərək əxlaqsızlıq yuvasında qeyri-qanuni əməliyyat keçiriblər. Polislər fahişəliklə məşğul olan iki qadına özlərini İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı kimi təqdim edərək onları tutub. Daha sonra rəis və polis kapitanı qadınları İAQMBA-nın yaxınlığına aparıblar. Qadınlar onlara yalvararaq polislərə rüşvət təklif edib. C.Hüseynov qadınlardan 3 min manat alaraq onları sərbəst buraxıb.

Adları açıqlanmayan qadınlar polis əməkdaşlarının İAQMBA əməkdaş olmadığını və əslində əməliyyat keçirilmədiyindən sonradan xəbər tutub. Onlar hüquq-mühafizə orqanlarına müraciət edib.

Nəticədə vəzifəli polis əməkdaşları işdən çıxarılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam