Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

"Qiymət artımında məndən asılı olmayan səbəblər var" -Cavid Qurbanovdan şok etiraf

cavid qurbanov

“Bakı-Sumqayıt sərnişin qatarının gediş tariflərində cüzi artım olub. Düzü, qiymət artımına əlim gəlmirdi, ancaq məndən asılı olmayan səbəblər də var”.

Yenixeber.org:   Bunu “Report”a açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Cavid Qurbanov martın əvvəlində Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarında gediş haqqı tariflərində baş vermiş qiymət artımına münasibət bildirərkən deyib.

“Bakı-Sumqayıt istiqamətində dəmir yolu ilə 1 sərnişinin daşınmasının maya dəyəri 3 manat təşkil edir. Tarif artımı isə minimal olub. Əhalini də çox yaxşı başa düşürük. Doğrusu, qiymət artımının olmasına əlim gəlmirdi. Lakin xərclərimiz çoxdur, məndən asılı olmayan səbəblər də var. Məsələn, enerji haqqının məbləği yüksəlib və s. Ucuz qiymət olduqda da göstərilən xidmət keyfiyyətsiz olur. Mən isə yaxşı xidmət göstərmək istəyirəm”, – deyə C.Qurbanov əlavə edib.

Xatırladaq ki, martın 3-dən etibarən xidmət xərclərinin balanslaşdırılması məqsədilə Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarında gediş haqqı Tarif Şurası tərəfindən hər xidmət sinfi üzrə 20 qəpik artırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam