Redaktor seçimi
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Günün xəbəri

"İntihar xəbərlərini verən zaman ehtiyatlı olun" -Əflatun Amaşovdan jurnalistlərə tövsiyə

Jurnalistlərə tövsiyə edirk ki, intihar xəbərlərini verən zaman ehtiyatlı olsunlar
Son zamanlar mediada intiharlarla bağlı çox saylı yazılar gedir.

Yenixeber.org:  Bunu SalamNews-a açıqlamasında Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

O qeyd edib ki, belə cür xəbərlərə həssas yanaşmaq lazımdır: “Bu qanunvericilikdə də təsdiqlənir. Hətta son dövrlərdə parlamentdə internet saytları ilə bağlı qəbul olunan qanunda da birmənalı olaraq qeyd edilib ki, cəmiyyəti təşvişə salacaq neqativ hallarla bağlı yazıları vermək düzgün deyil”.

Əflatun Amaşov vurğulayıb ki, elə bir şərait yarana bilər ki, hər hansı bir insan intihar barədə düşünər: “Belə hallarda televiziyada, qəzetlərdə, saytlarda və sosial şəbəkələrdə bu cür xəbərlər gördükdə həmin insanda intihara cəhd hissi güclənə bilər. Təbii ki, hər kəs problemdən çıxış yolunu gördüyü, eşitdiyi informasiya əsasında axtarır. Əlbəttə ki, bu cür ehtiyyatsiz məlumatlar da insanları intihara aparıb çıxıarır.

Azərbaycan Mətbuat Şurası olaraq media nümayəndələrinə tövsiyə edirk ki, bu cür məsələlərdə ehtiyatlı olsunlar, soyuqanlı yanaşsınlar. Hadisə baş verirsə, təbii ki, bu cəmiyyətə çatdırılmalıdır. Ancaq çatdırılma formasını seçərkən kifayyət qədər ehtiyatlı olmaq lazımdır”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam