Redaktor seçimi
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Günün xəbəri

Qanunsuz silah-sursat müsadirə olundu -DİN-dən daha bir əməliyyat

Balakən rayonunun Talalar kəndində yaşayan Cahangir Balayevin evinə baxış zamanı müvafiq sənədləri olmayan tüfəng və 23 ədəd patron aşkar edilərək götürülüb.

Yenixeber.org:  Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında Balakən RPŞ əməkdaşları tərəfindən Talalar kəndində yaşayan Cahangir Balayevin evinə baxış zamanı müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng və 23 ədəd patron aşkar edilərək götürülüb.

Bildirilir ki, Yardımlı rayon sakini Cəlal Vəliyevdən də 1 ədəd tapança, 1 ədəd “AK” markalı silah və 13 ədəd avtomat patronu götürülüb. Paytaxtın Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yardımlı rayon sakini Cəlal Vəliyevdən 1 ədəd nömrəsi silinmiş “Liama” markalı tapança, 1 ədəd nömrəsi silinmiş “AK” markalı silah və 13 ədəd avtomat patronu götürülüb.

Polis əməkdaşları həmçinin, İmişli rayonunun Məmmədli kənd sakini Akif Kərimzadənin evinə baxış zamanı müvafiq sənədləri olmayan tüfəng aşkar edilərək götürülüb. İmişli RPŞ-nin əməkdaşları tərəfindən Məmmədli kənd sakini Akif Kərimzadənin evinə baxış zamanı müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng aşkar edilərək götürülüb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam