Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Avropa İttifaqı xristian ittifaqıdır” -Türkiyə Prezidenti

“Bu gün Avropa İttifaqının yaranmasının 60 illiyi ilə bağlı tədbir Vatikanda keçirilir. Papa nə vaxtdan Avropa İttifaqının üzvü olub?”.

Yenixeber.org:   Məlumata görə, bunu bu gün İstanbulda prezident üsul-idarəsinə keçidlə bağlı Konstitusiyaya dəyişikliklə əlaqədar keçirilən mitinqdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R. T. Ərdoğan Avropa İttifaqının 60 illiyinin Vatikanda qeyd edilməsinin bu qurumun xristian ittifaqı olduğunu sübut etdiyini vurğulayıb: “Siz Türkiyəni müsəlman dövləti olduğu üçün Avropa İttifaqına üzvlüyə qəbul etmirsiniz”.

R. T. Ərdoğan bəzi Avropa ölkələrinin Türkiyəyə silah satışına qadağa qoymasını da sərt tənqid edib: “PKK-ya, PKK-nın Suriya qolu olan PYD/YPG-yə, İŞİD-ə silahlar hədiyyə edənlər Türkiyəyə pulu ilə silah satmır. Yadda saxlasınlar ki, ilanla çuvala girəni ilan sancacaq. Onların terrorçulara satdıqları silah bir gün özlərinə dönəcək. Türkiyəyə satdıqları silah isə onları da terrordan qoruyacaq. Ancaq onu da nəzərə alsınlar ki, bu gün Türkiyə 1990-cı illərdəki Türkiyə deyil, özü ən müasir silah və sursat istehsal edir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam