Redaktor seçimi
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
TALEH BƏŞİROV “PAT” VƏZİYYƏTİNDƏ: yediyini nə uda, nə də qaytara bilir -
London Məhkəməsi Ülvi Quliyevi də təftiş edir -
Günün xəbəri

Tarix müəllimindən Nizami Cəfərova xatırlatma:“Osmanlı Sultanları tarixi” kitabından

 

 

Yenixeber.org: Redaksiyamıza Cəlilabad rayonu Gülməmmədli kənd tam orta məktəbin tarix və ictimaiyyət müəllimi Salman Salmanovun həcmcə kiçik, məzmunca aktual olan yazısı daxil olub. Salman müəllim yazısında hörmətli professor Nizami Cəfərovun elmi redaktoru olduğu “Osmanlı Sultanları tarixi” adlı kitabda yol verilmiş yanlışlıqlardan bəhs edir. Mövzunun aktuallığını nəzərə alıb, yazını olduğu kimi dərc edirik:    

“Yaxınlarda “Osmanlı Sultanları tarixi” adlı bir kitab oxumalı oldum. Kitabı oxuduqca müəlliflərin peşəkar tarixçi olmadığı aydın görünürdü. Bu sırada narahatlıq doğuran fakt isə o idi ki, kitabın elmi redaktoru hörmətli ədəbiyyatşünas Nizami Cəfərovdur. Əminliklə deyə bilərəm ki, hörmətli professor N.Cəfərov elmi redaktoru olduğu bu kitabı oxumayıb. Əgər oxumuş olsa idi, bu dərəcədə diqqətsizliyə yol verməzdi.

Kitabda yol verilmiş yanlışlıqlardan çox az sayda nümunələrlə siz də tanış olun... Vacib olan məsələ tarix və ədəbiyyat əsərlərində xalqların mədəni və tarixi marağının öndə tutulmasıdır. Məlumdur ki, Osmanlı imperatorluğu ilə Azərbaycanda mövcud olan dövlətlər arasında uzun sürən  müharibələr olmuşdur. Fateh Sultan Mehmetlə Ağqoyunlu Uzun Həsən arasında Malatya və otluqbeli döyüşləri, Yavuz Sultan Səlimlə Səfəvi Şahı I İsmayıl arasında Çaldıran döyüşü, Sultan II Səlimlə Səfəvi hökmdarı I Təhmasib arasnda, Sultan III Muradla Səfəvi Şahları Məhəmməd Xudabəndə və I Şah Abbas arasında, Sultan I Əhmədlə Səfəvi Şahı I Şah Abbas arasında, Sultan I Mustafa ilə səfəvi Şah Sultan I Mustafa arasında və s.

Yuxarıdakı nümunələrdən göründüyü kimi burada heç bir İran Şahı yaxud İran dövlətindən söhbət getmir və gedə də bilməz. Amma “Osmanlı Sultanları tarixi” adlı kitabda çox kobud yanlışlıqla dönə-dönə Osmanlı İran Şahı, Osmanlı İran dövləti ifadələri işlədilib. Aşağıdakı sitatlar isə bu fikirlərimi stimullaşdıracaq detallardır: “I Süleyman 1534-cü ildə Səfəvilər üzərinə hücum edərək Bəsrə və Bağdad şəhərlərini zəbt etdi. (Səh.52)”. Bu düzgün faktdır. “Möhtəşəm Süleyman növbəti səfərini Osmanlı dövlətini daim arxadan vurmağa can atan İran üzərinə etdi. (Səh.54)”. Bu cümlədə ifadə olunan “İran üzərinə” ifadəsi yuxarıdakı “Səfəvilər üzərinə” ifadəsinin sinonimi kimi başa düşülür. “Bu yürüşdə (1548-1549) Səfəvilər dövətinin paytaxtı olan tarixi, Azərbaycan şəhəri Təbriz işğal olunub. II, III Muradın dövründə İran hökmdarı Şah Təhmasib idi”. Bu nə qədər məsuliyyətsiz bir ifadədir. Şah Təhmasib İran yox, Səfəvi hökmdarı idi və 1578-1590-cı illərdə osmanlı səfəvi arasında aparılan döyüşlər məhz osmanlıların Azərbaycan torpaqlarına yiyələnmək istəyindən irəli gəlirdi”.

Redaksiyadan: Qarşı tərəfi də dinləməyə hazırıq. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam