Redaktor seçimi
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Günün xəbəri

"Əmin olun, əgər qarşımıza çıxarsa, vuracağıq" -Türkiyə XİN başçısından sərt xəbərdarlıq

Çavuşoğlu 352 !!

Rəsmi Ankara Menbiç şəhərinin PKK-ın Suriya qolu olan YPG/PYD-dən təmizləməkdə qərarlıdır.

Yenixeber.org:   Türkiyə mediasına istinadən xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu amıqlama verib.

O, Türkiyənin hədəfinin Əl Babdan sonra Menbiç olduğunu bir daha təkrarlayıb:"Menbiçə getdiyimiz zaman qarşımıza YPG çıxarsa, əmin olun, onları vuracağıq.  Bunu daha əvvəl də açıq və konkret şəkildə bəyan eləmişik".

Çavuşoğlu Rakka əməliyyatında Türkiyənin iştirak edib-etməyəcəyinə isə belə cavab verib: "Bu əməliyyatla bağlı hələlik dəqiq qərarımız yoxdur".

Xatırladaq ki, YPG/PYD Menbiçə bir müddət əvvəl yerləşib. Həmin vaxtdan Türkiyə ABŞ-ın dəstəyi ilə ora yerləşən YPG-yə və rəsmi Vaşinqtona israrla bunun yolverilməz olduğunu bildirsə də, xeyri olmayıb. Əksinə, şəhərdə YPG-yə bağlı olan qüvvələr hərbi texnika və postların üzərinə Amerika bayrağı asaraq, Türkiyənin tələbini qulaqardına vurublar.

Rəsmi Ankara isə hələ illər əvvəl Fərat çayının sağ sahilinin Türkiyə üçün "qırmızı xətt" olduğunu açıqlayıb və kürd qruplarının sahili keçməsi halında vurulacağını bəyan etmişdi. Lakin buna rəğmən, YPG Menbiçə daxil olaraq, oradan İŞİD-i qovaraq, şəhər üzərində hakimiyyətini qurub. Rəsmi Ankaranın atdığı son addımlardan isə görünür ki, Türkiyənin səbr kasası artıq daşmaq üzrədir… 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam