Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

“Şimal-Cənub Nəqliyyat Dəhlizi tarixi hadisədir” -Prezident

ilham ruhani

“İran-Azərbaycan əlaqələrinin uğurla inkişafı bizi çox sevindirir”

Yenixeber.org:   Bunu bu gün İranda rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev iranlı həmkarı Həsən Ruhani arasında geniş tərkibdə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Prezident İlham Əliyev deyib ki, son bir neçə il ərzində bu əlaqələr yüksək zirvəyə qalxıb:“Bir çox önəmli məsələlər öz həllini tapıb və bu gün İran-Azərbaycan əməkdaşlığı demək olar ki, bütün sahələri əhatə edir”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan-İran əlaqələri qədim tarix, mədəniyyət, ortaq dinə əsaslanır: “Bu möhkəm təməl əsasında biz gözəl əməkdaşlıq qurmuşuq. Siyasi əlaqələrimiz yüksək səviyyədədir, bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik”.

Prezident İlham Əliyev iqtisadi əməkdaşlıq sahəsində çox gözəl nəticələr olduğunu nəzərə çatdırıb: “Ötən il bizim ticarət dövriyyəmiz 70 faizdən çox artıb. Bu. əldə edilmiş razılaşmaların nəticəsidir. Bütün imzalanmış sənədlər həyatda öz əksini tapır və reallaşır. Təkcə keçən il mənim İrana və prezident Ruhaninin Azərbaycana səfərləri nəticəsində 18 sənəd imzalanıb. Bu gün əlavə iki sənəd imzalanıb. Bu əlaqələrimiz üçün möhkəm baza yaradır. İran tərəfi Azərbaycana sərmayə qoymağa başlayıb, buna görə minnətdarıq. Eyni zamanda prezident Həsən Ruhaninin qeyd etdiyi kimi, Azərbaycan da Rəşt-Astara dəmir yolunun çəkilişi üçün böyük həcmdə maliyyə resurslarını səfərbər edib. Birgə icra etdiyimiz Şimal-Cənub Nəqliyyat Dəhlizi tarixi hadisədir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam