Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Bu rayonda aptek yoxdur -RƏZALƏT! (VİDEO)

Azərbaycanın bu rayonunda nə yanacaqdoldurma məntəqəsi var, nə də aptek. Sakinlər dərman tapmaq üçün Sumqayıt və ya Bakı şəhərinə getməlidirlər.

Yenixeber.org:  Bura 16 min 495 nəfər əhalisi olan Xızı rayonudur. 25 kənd, 1 şəhər, Giləzi, Şurabad və Altıağac olmaqla 3 qəsəbəsi olan rayonda bir çox zəruri ehtiyacların təmin olması mümkün deyil.

Rayonda aptek yalnız xəstəxanadadır. Xızı rayon mərkəzi xəstəxanasının baş həkimi Bektaş Nəbiyev bildirib ki, tibb ocağında yalnız Səhiyyə Nazirliyinin təşkil etdiyi dövlət apteki fəaliyyət göstərir ki, burada olan dərmanlar da xəstəxanaya müraciət edən xəstələr üçündür.

Rayonda sürücülər də əziyyət çəkir. Yanacaqdoldurma məntəqəsi olmadığına görə onlar avtomobilə yanacaq vurmaq üçün 60 km əlavə yol getməlidirlər.

İndi rayon sakinləri həm aptek, həm də yanacaqdoldurma məntəqəsi probleminin tezliklə həll olunmasını istəyirlər.

Rayon icra hakimiyyətindən bildirildiyinə görə, 2 il əvvələ kimi burada aptek olub. Lakin sahibkar buradan gəlir götürə bilmədiyinə görə apteki bağlayıb. Burada aptek və yanacaqdoldurma məntəqəsi açmaq istəyən sahibkarlara isə icra hakimiyyəti tərəfindən köməklik göstəriləcək. (“Xəzər TV”) 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam