Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Arif Rəhimzadə sanki türk olmaqdan utanır…” –Deputat

1380374086_fazil_mustafa

Yenixeber.org:  Azərbaycan Milli Məclisinin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadənin KM.ru rus xəbər portalına qalmaqallı müsahibə verib. Millət vəkili bildirib ki, azərbaycanlılara “türk” deyilməsi düzgün deyil, çünki azərbaycanlılar türk sayılmır, türklər tamam ayrı millətdir.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa virtualaz.org-a açıqlamasında deyib ki, görünür Arif Rəhimzadə etnoqrafiya ilə bağlı yanlış fikirlərə malikdir. O, qeyd edib ki, Azərbaycan əhalisinin böyük əksəriyyəti türklərdir. “Azərbaycanlı” sadəcə siyasi terminologiyadır, etnik terminologiya deyil.

“Bu yanlış yanaşmadır. Görünür Arif müəllimin etnologiya ilə bağlı bilgiləri fərqli istiqamətdə formalaşıb. Biz özümüzü türk hesab edirik. Bu ifadə Azərbaycanda yaşayan türklərin milli kimlik haqlarının doğru ifadə olunmamasıdır. Hesab edirəm ki, belə bir ifadəni işlətməklə sanki türk olmaqdan çəkinir, utanır. Biz türkük, əhalimizin çoxu türkdür, Azərbaycanda türklərlə yanaşı başqa azsaylı xalqlar yaşayır. Onların da hüquqularını qorumağa çoxluğu təşkil edın xalq kimi borcluyuq. Buna görə də qətiyyən Arif Rəhimzadənin fikirləri ilə razı deyiləm”, – deyə F. Mustafa bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam