Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Mal əti də qalxdı -BAHALAŞMA

Mal əti qalxdı...
Bakıdakı satış məntəqələrində mal ətinin qiymətində artım müşahidə olunur.

Xeberinfo.com:   Son bir həftədə sümüklü mal ətinin qiyməti 12 manatadək artıb. Sümüksüz ətin kilosu isə bəzi yerlərdə 14 manata qədər bahalaşıb.

Ət kəsimi məntəqələrində bildirirlər ki, bahalaşma heyvanlara baxımın bahalaşması ilə bağlıdır.

Yasamal rayonundakı ət mağazalarının birində deyiblər ki, rayonlarda heyvan otarmağa sahələr azalır. Ucdantutma sahələri əkinə yönəldirlər. Əkin aparmayanlardan icarə verilən torpaqlar geri alınır. Üstəlik, bəzi fermerlərə məxsus torpaqların da icarə müqavilələrinin ləğv edildiyi bildirilir.

Yasamal rayonundakı məntəqələrdə mal ətinin kilosu 11 manatdan satılır.

Alıcılar isə bahalaşmanı daha çox yaxınlaşmaqda olan Novruz bayramı ilə əlaqələndirirlər.

“Hər bayramda belə olur. Ətin kilosunu 2-3 manat bahalaşdırırlar. Bayramdan sonra qiyməti düşəcək”,- alıcılar bildiriblər.

Ötən ilin sonlarında Bakıda mal əti əssən 9 manata satılıb.

Ancaq bazarlarda 8-9 manata da mal əti tapmaq olar. Ekspertlər deyirlər ki, onlar yaşlı heyvanların ətləridir. Əhali bəzən belə ətlərə üstünlük verir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam