Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

"ABŞ Avropa müttəfiqləri qarşısında öhdəliklərinə sadiqdir" -ABŞ-ın BMT-dəki səfiri

ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli Birləşmiş Ştatların bəzən fikir ayrılıqlarına baxmayaraq, Avropa müttəfiqləri ilə işə sadiq qaldığını bildirib.

Xeberinfo.com:  “Heç kəs bəzən siyasi fikir ayrılıqları və müzakirələri bizim Avropada müttəfiqlərimizə öhdəliyə tamamilə sadiq qaldığımızdan başqa bir siqnal kimi təhrif etməməlidir”-deyə Heyli BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı bildirib.

Nikki Heyli habelə NATO-nu “tarixdə ən güclü alyans” adlandırıb və Birləşmiş Ştatların təşkilatın “daha da effektiv olması” istiqamətində iş apardığını bildirib.

ABŞ-ın BMT-dəki səfirinin bu açıqlamaları bazar ertəsi günü vitse-prezident Mayk Pensin dedikləri ilə səsləşir. Pens NATO-nun baş katibi Yens Stoltenberqə Birləşmiş Ştatların NATO müttəfiqləri qarşısında öhdəliyə sadiq qaldğını, lakin başqa ölkələrin də üzərinə götürdükləri maliyyə öhdəliklərini bərabər bölüşməli olduqlarını deyib.

ABŞ-ın vitse-prezidenti Mayk Pens və NATO-nun baş katibi Yens Stoltenberq

ABŞ-ın vitse-prezidenti Mayk Pens və NATO-nun baş katibi Yens Stoltenberq

“Biz müdafiə xərclərini artırmaq niyyətindəyik. Amerika öz payına düşəni edəcək”-deyə Pens ABŞ-ın prezident Donald Trampın hakimiyyəti dövründə yeni administrasiyasının strategiyasını açıqlayıb. Lakin Pens əlavə edib ki, “2 faiz hədəfinə çatmayan başqa 23 ölkənin də sözdən işə keçməsinin vaxtı gəlib çatıb”.

Stoltenberq Penslə başqa ölkələrin üzərinə düşən payı bölüşməli olduğu məsələsində razı olduğunu deyib.

“Yaxşı xəbər odur ki, biz bu istiqamətdə irəliləyirik”-deyə Stoltenberq bildirib.

Tramp seçki kampaniyası dövrü Birləşmiş Ştatların müdafiə xərclərinə dair maliyyə öhdəliyinə əməl etməyən NATO müttəfiqlərini müdafiə etməyə biləcəyini bildirmişdi.

ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli Təhlükəsizlik Şurasında çıxışı zamanı Birləşmiş Ştatlar və Rusiya arsaında daha yaxşı münasibətlərin mümlünlüyü məsələsinə toxunub. Lakin o qeyd edib ki, Rusiya ilə daha geniş əməkdaşlıq “Avropada dostlar və müttəfiqlərin hesabına baş verməməlidir”.

“Buna görə də biz Rusiyanı Minsk razılaşmaları ilə nəzərdə tutulan öhdəliklərə əməl etməklə və Krımın işğalına son qoymaqla sülh prosesinə sadiq qaldığını nümayiş etdirməyə çağırırıq. Birləşmiş Ştatlar və Avropa İttifaqı Moskvaya qarşı Minsk razılaşmalarına əməl olunmayana qədər sanksiyaların saxlanılması kimi yanaşmada birlik göstərir”-deyə Heyli bildirib.

2015-ci ildə əldə edilmiş Minsk razılaşmalarına əsasən, Ukrayna, Rusiya və Rusiyanın dəstəklədiyi separatçılar ağır silahları münaqişə zonasından çıxararaq, Ukraynada böhrana son qoyulması haqda razılıq əldə edib.

Heyli eyni zamanda, Rusiyanın Ukraynanın şərqində separatçıların rəsmiləri tərəfindən verilmiş pasportları tanımasını regionda sülhə nail olmaq səylərini birbaşa təhlükə altına aldığını bildirib.

O bu açıqlamaları Ukrayna prezidenti Petro Poroşenkonun Moskvanın pasportları tanımaq qərarına cavab olaraq Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edildiyini elan etməsindən bir neçə saat sonra verib.

Rəsmi Moskva pasportların tanınmasını Ukraynanın blokadasının təsirinə məruz qalmış üsyançıların nəzarətində olan ərazilərdəki vətəndaşlara kömək məqsədilə “humanitar addım” adlandırıb.

“Rusiyanın separatçı “respublikaların” sənədlərini tanıması narahatlıq doğurur və Minsk razılaşmalarıının hədəfləri ilə bir araya sığmır”-deyə ABŞ-ın Kiyevdəki səfirliyinin Tvitter səhifəsində bildirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam