Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Məktəb direktoru şikayətçiyə rüşvət təklif edir?!:“nə qədər desən, verəcəyəm”

Məktəb direktoru şikayətçiyə rüşvət təklif edir?!:

    

Gəncədəki 10 saylı məktəbdən yeni xəbər var

 

Xeberinfo.com:   Gəncə şəhər 10 saylı məktəblə, daha doğrusu məktəbin direktoru Arzu Əliyevanın “özfəaliyyəti” ilə bağlı yeni məlumat almışıq. Xatırladım ki, ötən günlərdə bu məktəbin bir qrupunun adından redaksiyamızın elektron poçtuna müraciət daxil olmuşdur. Müraciətdə Arzu Əliyevanın müxtəlif qanunazidd əməllərindən, korrupsiya faktlarından bəhs olunur. Eyni zamanda müraciətdə məktəb direktorunun özünü Təhsil  Nazirinin müavini Mətin  Eynullayevin  yaxın  adamı  kimi  təqdim etməsi də yer alırdı. Biz bu müraciət əsasında “Gəncə şəhər 10 saylı məktəbdə “besperedel”:müəllimlər “qan ağlayır”sərlövhəli yazı hazırlamışdıq. Qarşı tərəfi də dinləməyə hazır olduğumuzu da qeyd etmişdik. Təəssüf ki, hörmətli Arzu Əliyeva hələ də susur, yazıda yer alan faktlarla bağlı danışmaq istəmir. Əvəzində isə xeberinfo.com-un elektron poçtuna axmedova.aynur.83@mail.ru email ünvandan yeni məlumat daxil olub. Məlumata görə məktəbin direktoru barəsində yazılanları “unudub”, şikayətçiyə “hörmət”də bulunub:

“Aynur xanım, mən Sizi tanımıram, emailinizi də saytların birindən aldım. Gəlin görüşək. İkimizdə qadınıq. Mənim haqqımda yazma. Görüşək, necə lazımdı Sizin hörmətinizdən çıxaram. Sizi kimlərsə öyrədir. Oyuna getmə. Nə qədər desən pul da verim. Pis zamandır. Hamının pula ehtiyacı var. Yetər ki, məndən əl çək. Mənım haqqımda bu biabırçı məqalələri yazıb, məni respublikada rüsvay etmə. Zəng edən jurnalistlərin əlindən dəli olmuşam. Bu jurnalist sürüsünə verməkdənsə, səni razı salım məndən əl çək. Xahiş edirəm, nə qədər desən verəcəyəm, amma bircə bu faktları sənə verən adamın adını mənə de, aramızda qalacaq.”

İnformasiya şöbəsi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam