Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

İran OPEK-ə qarşı:hasilat 4 mln. barel olacaq

Bu ilin martın 20-dək İran neft hasilatının həcmini sutkada 4 mln. barelədək artıracaq.

Xeberinfo.com:  “TASS”a istinadən xəbərə görə, bu barədə İran Milli Neft Şirkətinin rəhbəri Əli Kardor bildirib. OPEK-lə razılaşmaya əsasən, İranın sutkalıq hasilat həcmi 3,79 mln. bareli keçməməlidir.

Əli Kardor ölkədən ixrac edilən neftin həcminin  ilin sonunadək 3 mln. barelə çatacağına əmin olduğunu bildirib. Onun sözlərinə görə, ötən ilin dekabrında İran Avropaya rekord həcmdə – sutkada 900 min barel neft tədarük edib.

Qeyd edək ki, 2016-cı ilin noyabrında Vyanada OPEK ölkələri ümumi hasilatın  sutkalıq həcmini  32,5 mln. barel səviyyəsinə endirməyi qərara alıblar.

Barəsindəki sanksiyaların yeni ləğv edildiyinə görə, İran istisna olunmuşdur.  OPEK İrana hasilat həcmini sutkada 90 min barel (ümumilikdə 3,797 mln. barel səviyyəsinədək) artırmağa icazə vermişdi. Nigeriya və Liviyanın da neft hasilatını azaltmamasına icazə verilmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam