Redaktor seçimi
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Günün xəbəri

“Hacı Məmmədov yenə sirli əsərlər çəkir”

 

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında ömürlük həbsdə olan sabiq polis polkovniki Hacı Məmmədov barəsində danışıb. 

"Xeberinfo.com":  Məlumata görə, o, Modern.az saytına açıqlamasında bildirib ki, Hacı Məmmədov həmişəki kimi bir nəfərlik kamerada saxlanılır:“Öz istəyi ilə heç kimlə görüşmək istəmir. O, bunu yaddan çıxmaq və unudulmaq məqsədi ilə edir. Evdən gələn azuqələri qəbul edir. Qanunvericiliyə görə o tipli məhkumlara nəzərdə tutulan qaydalar ona da şamil olunur. Hacı Məmmədovun kamerasında televizor var. O, şəkər xəstəliyindən əziyyət çəkir. Buna görə də MTN-nin istintaq təcridxanasının həkiminin birbaşa nəzarəti altındadır. Evdən göndərilən dərmanlar və türkəçarə üsullarla müalicə olunur.
Hacı Məmmədov yağlı boya ilə şəkillər çəkir, muncuqla müxtəlif əl işləri düzəldir. Hətta o yağlı boyalarla çəkdiyi şəkillərin beşini mənə hədiyyə edib. Onun çəkdiyi rəsm əsərlərinin hamısı şifrəlidir. O, şifrələrin anlamını heç mənə də açmır. Hacının hər rəsmində bir sirr var”.
Elçin Behbudov həbs yerlərində mütəmadi monitorinqlər keçirdiyini də deyib: “Planda Şəki, Zaqatala polis şöbələrinin müvəqqəti saxlanma yerlərində, Dövlət Miqrasiya Xidmətinin mərkəzi saxlanma yerlərində, eləcə də hərbi hissələrdə monitorinqlər nəzərdə tutmuşam. Komitənin ən sıx işlədiyi üç dövlət qurumu var. Bunlar MTN, Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyidir”.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə adam oğurluğu və bir sıra qətllərdə təqsirləndirilən Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və digər 26 nəfər barədə hökmü 2007-ci il yanvarın 19-da çıxarıb.
Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-na keçən gecə Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində həbs ediliblər.
Məhkəmənin qərarına əsasən, Hacı Məmmədov, onun keçmiş şöbə müdiri Kamil Sədrəddinov, nazirliyin Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və digər 7 nəfər ömürlük həbs cəzasına məhkum ediliblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam