Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

“NATO gizlətmir ki, bu gün Rusiya onun düşməninə çevrilir”

 

Anatoli Antonov: “NATO Ukraynada yaranmış vəziyyətdən bizim sərhədlərimizə yaxınlaşmaq üçün istifadə edir”

 

"Xeberinfo.com":   APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov deyib. “Biz diqqət yetirdik ki, NATO ölkələri diplomatik sözləri bir kənara atmaq və Rusiya sərhədlərinə doğru irəliləmək üçün Ukrayna məsələsindən bəhanə kimi istifadə etdilər”, - deyə nazir müavini söyləyib.
 
A. Antonov qeyd edib ki, o, alyans tərəfindən Rusiya sərhədlərində nə qədər təlim keçirildiyini və Rusiya sərhədləri boyunca nə qədər hərbi uçuş həyata keçirildiyini yoxlatdırıb: “Deyə bilərəm ki, NATO-nun aktivliyi Rusiya ordusunun etdiklərini dəfələrlə üstələyir. Altı qərargahın yaradılması barədə (məsələn, Baltikyanı ölkələrdə) son qərar yalnız bir şeyi göstərir: əvvəlki bütün vədlər unudulub, NATO gizlətmir ki, bu gün Rusiya onun düşməninə çevrilir”.    
 
A. Antonovun sözlərinə görə, NATO simurq kimi dirçəlməyə imkan tapıb: “Hər kəs Sovet İttifaqının dağılmasından (təəssüf ki) sonra düşünürdü və arzulayırdı ki, növbəti düşmən kim olacaq. Artıq gözəl bir imkan var – Rusiyanı düşmənə çevirmək”.
 
Nazir müavini Münhen təhlükəsizlik konfransında iştirak etdiyini və NATO ölkələrinin, xüsusən Rusiya ilə həmsərhəd ölkələrin nümayəndələrinin çıxışlarındakı anti-Rusiya tonundan kədərləndiyini söyləyib. Bununla yanaşı, o, NATO-nun fəallığının Rusiya üçün ciddi təhlükə törətmədiyini vurğulayıb: “Rusiya Silahlı Qüvvələri adekvat fəaliyyət göstərir. Rusiya Müdafiə Nazirliyi vəziyyətin istənilən inkişafına hazırdır və durum daim təhlil edilir”.  

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam