Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Siqaretin qiymətinin dəyişməsi ilə bağlı AÇIQLAMA

 

Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, tütün məmulatlarının aksiz dəyəri martın 1-dən etibarən artırılıb
"Xeberinfo.com":  “İmperial Tobacco” şirkəti tütün məmulatlarında qiymət dəyişikliyinin səbəbini açıqlayıb.
Şirkətdən “APA-Economics”ə daxil olan məlumatda bildirilib ki, “İmperial Tobacco” öz fəaliyyətini təmsil olunduğu ölkənin qanunlarına və vergi tələblərinə uyğun müəyyənləşdirir: “Azərbaycan Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, tütün məmulatlarının aksiz dəyəri martın 1-dən etibarən artırılıb. Bu dəyişiklik “İmperial Tobacco” şirkətinə aid olan tütün məmulatlarının da pərakəndə satış qiymətinə təsir edib. “İmperial Tobacco” bu dəyişikliyi Azərbaycan dövlətinin müvafiq sahələrdə qiymət siyasətinin tənzimlənməsinə dair müstəsna hüququ kimi dəyərləndirir.”.
Şirkət onu da əlavə edib ki, son dəyişikliklərin ölkə iqtisadiyyatına yalnız müsbət təsir göstərəcəyinə əmindir.
Qeyd edək ki, Böyük Britaniyanın “İmperial Tobacco” şirkəti Azərbaycanın tütün bazarında 1998-ci ildən fəaliyyət göstərir. Dünyanın 160-dan çox ölkəsində təmsil olunan şirkətin əməkdaşlarının ümumi sayı 38 min nəfərdir. Şirkətin müxtəlif ölkələrdə 46 istehsal müəssisəsi var.
Şirkətin Azərbaycanda satılan brendləri sırasında “Davidoff”, “West”, “P&S”, “İmperial Classic”, “Prima” kimi siqaret markaları yer alıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam