Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

“Novruz bayramında Bulvarda atəşfəşanlıq olacaq”

 

“Hər il olduğu kimi, bu il də Novruz bayramı tədbirləri dövlət səviyyəsində qeyd olunacaq. Hazırda buna hazırlıq gedir”. 

"Xeberinfo.com":  Məlumata görə, bunu modern.az-a açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib.
O qeyd edib ki, mart ayının 19-da baş tutacaq bayram tədbiri Qız Qalasının önündən başlayacaq və bulvar ərazisinə qədər davam edəcək:
“Tədbirdə Azərbaycan mədəniyyəti və incəsənətinə aid nümunələr nümayiş olunacaq. İştirakçılar müxtəlif musiqi proqramları ilə çıxış edəcək, həmçinin tədbir çərçivəsində milli mətbəximizdən nümunələr yer alacaq. Bütün regionlar bayramda məşhur olduğu məhsullarla təmsil olunacaq. Ola bilsin ki, nümayişlə yanaşı məhsulların satışı da həyata keçirilsin.
İdarə rəsmisi onu da deyib ki, builki tədbirlərdə idmançıların çıxışlarına daha çox yer veriləcək: “Bildiyiniz kimi, bu il Bakıda Avropa Oyunlarının keçirilməsi nəzərdə tutulub. Hər il idman növləri üzrə nümayiş olur, amma bu il Novruz bayramında idmançıların çıxışına daha çox üstünlük veriləcək. İdmançılar ayrı-ayrı növlər üzrə çıxışlar edəcəklər, onların içərisində tanınmış olimpiya, Avropa və dünya çempionlarımız da olacaq.
Rəsmi tədbir həmin gün səhərdən axşama qədər davam edəcək. Eyni zamanda, martın 22-nə qədər bulvar ərazisində bayram ab-havası hiss ediləcək. Novruzun simaları olan Keçəl, Kosa, Bahar qızı şəhər sakinlərinə bayram əhvalı yaşadacaq”.
Maraqlıdır, bu il Novruz bayramında paytaxtda atəşfəşanlıq olacaqmı?
Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova modern.az-a bildirib ki, hər il olduğu kimi bu il də ilaxır çərşənbə və bayram günü Dənizkənarı Milli Parkda konsert və atəşfəşanlıq keçirilməsi nəzərdə tutulub”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam