Redaktor seçimi
Ağciyər Xəstəlikləri İnstitunda HƏQİQƏTdənkənar özününümayiş:
Binəqədi ziblixanalarında “yuyulan” dövlət vəsaiti:
ON İLLİYİN PROQNOZU –
Monopoliyanı doğuran “Bermud üçbucağı” belə yarandı-
DÜNYA 2018-ə 1,67 TRİLYONLUQ HƏRBİ BÜDCƏ İLƏ GEDİR-
Qorxmaz Hüseynovun qardaşına ağır ittihamlar:
“Broker Əbülfəz”dən yeni xəbər var:
Uzaqgörən siyasət nümunəsi
Günün xəbəri

Basketbolçularımız Gürcüstanı uddu

Basketbolçularımız Gürcüstanı uddu

 

Basketbol üzrə Azərbaycanın milli komandası Bakıda keçiriləcək ilk Avropa Oyunları ərəfəsində Gürcüstanda təlim-məşq toplanışı və bir neçə yoldaşlıq oyunu keçirib

 

"Xeberinfo.com":  Piasport.az AzərTAC-a istinadən xəbər verir ki, martın 2-də Azərbaycan millisi Gürcüstan yığması ilə qarşılaşıb. Oyun 88:79 hesabı ilə millimizin xeyrinə başa çatıb.
Azərbaycan millisi keçirdiyi 6 yoldaşlıq oyunun hamısını qələbə ilə başa vurub. Milli komandanın ikinci məşqçisi Tahir Baxşıyev müsahibəsində deyib: “Hazırda Azərbaycan çempionatında fasilədi. Biz bu fasilədən istifadə edərək Gürcüstanda təlim-məşq toplanışları keçirdik. Qonşu ölkədə olduğumuz müddətdə Gürcüstanın birinci liqa və super liqa komandaları ilə də oynadıq. Eyni zamanda, super liqanın iki komandası – “Olimpiya” və “Suxumi” komandaları ilə qarşılaşdıq. Sevindirici haldı ki, hər iki komandaya qalib gəldik. Ümumilikdə 6 oyun keçirmişik və hamısında qələbə qazanmışıq. İdmançılarımızın ümumi hazırlığı bizi qane edir”.
Baxşıyev bildirib ki, komanda Bakıda keçiriləcək ilk Avropa Oyunlarına da ciddi hazırlaşır: “Avropa Oyunlarında basketbol 3x3 üzrə yarışlar olacaq. Komandamızın iki üzvü - Fuad Niftəliyev və Amil Həmzəyev həmin yarışda iştirak edəcəklər. Onlar da burada təlim-məşq toplanışında oldular və hesab edirik ki, bu yarışlarda iştirak etməklə zəngin təcrübə qazandılar”.
Azərbaycan millisinin üzvü, ilk Avropa Oyunlarında basketbol yarışlarında iştirak edəcək idmançı Amil Həmzəyev deyib: “İlk Avropa Oyunlarında basketbol 3x3 yarışlarında iştirak edəcəyəm. Bu yarış bir az fərqlidir və açıq havada keçirilir. Havalar soyuq olduğu üçün zallarda məşq edirik. Gürcüstanda oyunlarımız bizim üçün çox səmərəli oldu. Bu təlim-məşq toplanışından sonra – aprelin əvvəllərindən basketbol 3x3 üzrə hazırlıqlara başlayacağıq. İnanıram ki, məşqlərimiz bizə qələbə qazanmağa imkan verəcək”.

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?

    Bəli
    Xeyr