Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Rusiya üçün Ermənistan alət, Azərbaycan mükafatdır"

 

Beynəlxalq vasitəçilərin dəstəyi ilə Minskdə atəşkəsə dair razılığın əldə edilməsinə baxmayaraq, Ukraynanın şərqində vəziyyət gərgin olaraq qalır.

"Xeberinfo.com":  Məlumata görə, Təhlilçilər Ukrayna böhranının post-sovet məkanında dondurulmuş münaqişələrə təsirlərini qeyd edir. ABŞ Dövlət katibi Ceyms Beykerin Sovet İttifaqı millətləri üzrə müşaviri olmuş tanınmış amerikalı politoloq Pol Qobl Amerikanın Səsinə müsahibədə Ukraynada vəziyyət, Rusiya və Qərb arasında qarşıdurmanın və Ukrayna böhranının Cənubi Qafqaz bölgəsinə təsirlərini şərh edib.

-Cənab Qobl Minksdə atəşkəsə dair razılığın əldə edilməsinə baxmayaraq, Ukraynanın şərqində vəziyyət olduqca gərgindir. Siz hazırki vəziyyəti necə qiymətləndirirsiniz?
-Ən öncə onu deməliyəm ki, Qərb üçün Minsk razılaşmaları sülh prosesi istiqamətində bir addım demək idi. Vladimir Putin və Kremlə görə isə bu, müharibənin başqa vasitələrlə davam etdirilməsi deməkdir. Cənab Putin bu razılığa hörmət etmək niyyətində deyil. Onun Ukraynada qüvvələri və adamları razılaşmaları pozmağa davam edərək, ukraynalıları gərginliyin davam etdirilməsində günahlandırır. Ukraynadan ağır texnikanın geri çəkilməsi kimi bəzi müsbət xəbərlər də gəlir. Təbii ki kimsə ölüm hallarının sıfıra düşməsini görmək istəyir. Amma Minsk razılaşması sülh istiqamətində irəliləyişə nail olmaq demək deyil. Bir məsələni qarışdırırlar: sülh prosesi sülhə aparıb çıxaracaq. Amma təəssüf ki, Kremlin əli olduğu yerdə sülh prosesi o deməkdir ki, müharibə davam edəcək. Ümid etmək olar ki, bu, daha az gərginlik şəraitində baş verəcək, amma müharibə davam edəcək. Ukraynanın şərqində vəziyyət çox ciddi olaraq qalır. Rusiya qüvvələri və Rusiya tərəfdarları regionda aqressiv şəkildə irəliləməyə davam edir. Bəzi yerlərdə bu təcavüz Minsk razılaşmasından əvvəl olduğundan daha ciddi çəkil alır. Mən inanıram ki, Minsk razılaşması Qərb üçün böyük məğlubiyyət idi, çünki bu, Vladimir Putinin təcrid edilməsi siyasətindən geri çəkilmək deməkdir. Bu, Putin üçün təbliğat sahəsində böyük qələbə idi, çünki bununla o, ruslara və başqalarına özünü dünya liderlərindən biri kimi göstərmək imkan qazanıb. Amma o başqa dünya liderləri kimi bir lider deyil. O, beynəlxalq qanunu pozan və qonşu ölkəyə hücum edib, onun ərazisini işğal və ilhaq etmiş beynəlxalq miqyasda bir cinayətkardır. Biz Minsk razılığı ilə özümüzü aldatmamalıyıq.
-Rusiyanın Ukraynada ambisiyaları nədən ibarətdir? Rusiya prezidenti Vladimir Putin nəyə nail olmağa çalışır?
-Biz Rusiyanın deyil, bir adamın ambisiyalarından danışmalıyıq. O da Vladimir Putindir. Cənab Putin sovet imperiyasına oxşar nəyi isə bərpa etməyə çalışır. Rusiyanın super güc statusunu bərpa etmək istəyir. O bunu edə bilmir, buna nail ola bilmir. Amma o bu prosesdə çox böyük zərər vura bilir. Əgər o öz qüvvələri hesabına buna nail ola bilsə idi (özü də o buna inanır), Ukraynanı bütünlüklə işğal edə bilsəydi, o zaman o, bu sərhədlər daxilində Moskvanın öz ərazisi kimi tanıdığı bir dövləti bərpa etmiş olacaqdı. 40 milyon insan mübarizəni davam etdirəcək, Moskvanın əmrlərinə tabe olmayacaqdı və belə müqavimət göstərməklə Rusiya imperiyası daxilində daha böyük iğtişaşlara yol açılacaqdı. Bu da Rusiya Federasiyasının sonu demək olardı və 19991-ci ildə Sovet İttifaqının dağılması dövrü olduğundan daha qanlı hadisələr baş verə bilərdi. Putin Ukraynada qələbə çalsa, o, Rusiyada məğlub olacaq. Çünki bu zaman qeyri-sabit vəziyyət yarana və ölkə dağıla bilər. Putin rusların qeydinə qalmır, Putini yalnız Putinin özü maraqlandırır.
-Ukraynada münaqişənin təsirləri ilə bağlı nə deyə bilərsiniz? Ukrayna münaqişəsi və Rusiya ilə Qərb arasında qarşıdurma keçmiş Sovet İttifaqı ərazisində, xüsusilə də Cənubi Qafqazda dondurulmuş adlandırılan münaqişələrə hansı şəkildə təsir göstərir?
-Cənab Putin Qərbin başqa bir yerdə daha bir problem yaranmasın deyə, görünür, eyni zamanda bir neçə münaqişə ilə məşğul ola bilmədiyinə arxayındır. Mənim fikrimcə, tam əsasla deyə bilərik ki, Putin özünün orada nəyə isə nail olmaq üçün Qərbin başqa problemlərə, xüsusilə də Cənubi Qafqaza diqqət göstərməməsindən çox yaxşı istifadə edir. Moskva və Qərb arasında qarşıdurma şəraitində cənab Putin əvvəl olmadığı bir şəkildə onun tərəfində olmaq, onu qeyd-şərtsiz dəstəkləmək kimi tələb qoyur və bunu etməyənlər onun düşmənidir. Putinin anlayışı budur: Bizimlə deyilsinizsə, bizim əleyhimizəsiniz. Biz bunun Cənubi Qafqazda necə işlədiyini artıq şahidi olmuşuq. Bunu Yerevanın Türkiyə ilə parlament səviyyəsində sənədlərin ratifikasiyasından imtina etdiyi zaman gördük. Azərbaycan və Ermənistanın işğal etdiyi ərazilər arasında atəşkəs xətti boyu zorakılıqlar baş verən zaman bunun şahidi olduq. Və bunu indi də Rusiyanın cənubda Dağıstana hərbi magistral çəkmək kimi addım atdığı zaman görürük. Bu, da Rusiyaya Bakıya ciddi təzyiq göstərmək imkanı verir. Azərbaycan hökuməti illərdir balanslı xarici siyasət kursu ilə fəxr edirdi. Problem ondadır ki, Moskvanın nöqteyi-nəzərində balans kifayət deyil. Moskva yalnız tam ehtiramı qəbul edir. Fikrimcə, Rusiya hökuməti və cənab Putin son zamanlar Bakını Moskva hakimiyyətinə tabe etmək, daha doğrusu, yenidən tabe etdirmək üçün Azərbaycan qarşısında bir sıra çətinliklər yaradıb. Mənə elə gəlir ki, onlar manatın devalvasiyasından istifadə edirlər. Elita arasında parçalanmaya səbəb olub, əhaliyə zərər verməklə bu, Bakıda rejimin zəifləməsinə gətirib çıxaracaq və Moskvaya qəbul olunması mümkün olmayan tələblər irəli sürməyə imkan verəcək. Bunun da səbəbi onunla bağlıdır ki, təəssüflər olsun, xarici dünya Ukrayna hadisələri və Yaxın Şərqdə İŞİD-dan başqa heç bir şeylə maraqlanmır.
- Moskva Dağlıq Qarabağ münaqişəsində gərginlik yaransa hansı addımları ata bilər?
-Fikrimcə, Moskva təkid edəcək ki, münaqişə dayandırılmalıdır və buraya sülhümühafizə qüvvələri gətirilməlidir və deyəcək ki, bu qüvvələr var, yəni Rusiya qüvvələri. Təəssüflə, yəqin bizim, Qərbi Avropa və bəlkə Amerikanın da bunu dəstəkləyəcəyini görəcəyik. O zaman Rusiya qüvvələrindən münaqişənin həlli deyil, Rusiyanın nüfuzunun möhkəmləndirilməsi üçün istifadə ediləcək. Biz başa düşməliyik ki, ruslar sülh sözünü deyəndə bunu nəzərdə tutmurlar. Hərflərin yeri dəyişilsə, bu sözün mənası “sülh” deyil, bir “hissə” demək olur. Çünki onlar münaqişəni həll etmək deyil, burdan bir hissə, ordan bir hissəni götürüb saxlamaq istəyir. Mən inanıram ki, Qarabağ münaqişəsi yaxın gələcəkdə qızışsa, ya da Rusiya özü buna təhrik etsə də, beynəlxalq ictimaiyyətə deyəcək ki, bunu dayandırmaq lazımdır və bunu yalnız Rusiya qüvvələri edə bilər. Ukraynada birgə fəaliyyət göstərə bilməyən beynəlxalq ictimaiyyət yəqin ki o şəraitdə bunu Rusiyaya həvalə edəcək və o zaman Rusiyanın çox sayda qüvvələrini təkcə Ermənistanda bazalarda deyil, Azərbaycanın ərazisində görə biləcəyik. Moskva o zaman Bakıda hökumətə təzyiq göstərmək üçün daha artıq vasitələrdən istifadə edəcək ki, Moskvanın maraqları təmin olsun. Bu, uzun müddət üçün oyundur. Bir azərbaycanlı politoloqun bir neçə il əvvəl dediyi sözləri yada salmaq istəyirəm ki, Cənubi Qafqazda Gürcüstan vasitədir, Ermənistan alətdir, Azərbaycan isə mükafatdır. Heç kəs unutmamalıdır ki, Rusiyanın Cənubi Qafqazda maraqları Bakıda olduqca böyük nüfuza, ya da nəzarətə malik olmaqdan ibarətdir. Buna nail olmaq üçün Rusiya Gürcüstandakı kimi destruksiya daxil olmaqla, bu oyunun bir hissəsi olaraq, Ermənistanın tabe etdirilməsi və mümkün provokasiyalar kimi bacardığı bütün vasitələrdən istifadə edəcək. Çünki əgər Moskva Bakıda nəzarət, ya da dominant rola malik olsa, bu, Mərkəzi Asiyanın təcrid edilməsinə gətirib çıxaracaq. Bu, Moskvaya Tehrana, İrana birbaşa yol açmaq imkanı verəcək, Rusiya ərazisindən keçməyən şərq-qərb neft kəməri haqda bütün danışıqlara da son qoyacaq. Bu, Qərb üçün ən böyük geo-siyasi məğlubiyyət, Rusiya üçün isə qısa müddətə də olsa böyük qələbə olacaq.
-Cənab Qobl, siz Sovet İttifaqının dağıldığı zaman ABŞ hökumətinin müşaviri idiniz. Siz o zaman post-sovet ölkələrinin gələcəyini necə görürdünüz?
– Mən inanırdım ki, Sovet İttifaqı uzun müddət davam gətirə bilməyəcək. Mən həmçinin inanırdım ki, onun dağılmasına olduqca diqqətlə yanaşmalıyıq. Mən bir neçə adamdan biri idim ki, inanırdım ki, 1988-ci ildə cənab Qorbaçov Baltikyanı respublikalar-Estoniya, Latviya və Litvada müstəqilliyə dair referendumun keçirilməsi haqda təklifə icazə versə idi bu, imperiyanın dağılması prosesini yavaşıdacaqdı. Proses dayanmaycaqdı, amma hər halda yavaşıya bilərdi. Lakin bunu etməyib, hər şeyi bir yerdə saxlamaqla nəticədə hər şey itirildi. Fikrimcə, biz bunu ciddi başa düşmürdük. Mən həm də düşünürəm ki, biz uzun müddət üçün gələcəyi düşünməyə meylli deyilik. Biz onda başa düşmürdük ki, onların özlərini daha kommunist adlandırmaması, Kremlin və Vaşinqtonda Rusiya səfirliyi üzərində sovet bayrağının asılmaması o demək deyil ki müəyyən geo-siyasi reallıqlar və geo-siyasi gözləntilər artıq mövcud deyil. Biz buna uzun müddət fikir vermədik. Bu ölkədə 1990-cı illərdə bir tarixi dövrün sona çatdığı haqda nəticə çıxarıldı. Biz bir də 11 sentyabr hadisələri zaman ayıldıq və yalnız bu hadisələrdən irəli gələn islam təhlükəsinə baxmağa başladıq. Biz başa düşmürdük ki, yaşadığımız dünyada müxtəlif təhlükələr var və onlara diqqət yetirilməlidir. Biz sonuncu super güclü dövlətik və bu da özü ilə yerinə yetirilməsi asan olmayan məsuliyyətlər gətirir. Biz qərara gəldik ki, bununla məşğul olmaq lazım deyil çünki gələcəyi nəzərə almamışdıq. Biz fikirləşirdik ki, qələbəni elan edib çıxıb gedə bilərik, amma biz yanılırdırq və indi bunun hesabını ödəyirik.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam