Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

"Bahalaşmanın səbəbi manatın ucuzlaşmasıdır"

 

Manatın kəskin devalvasiyasından sonra ekspertlər qiymətlərin artacağını istisna etmirdilər. Bu proses artıq başlayıb, siqaret çəkənlər və spirtli içki qəbul edənlər bu artımdan daha çox zərər görməkdədir. Çünki sözügedən məhsulların qiyməti 50 faizə qədər artırılıb.

"Xeberinfo.com":  Məlumata görə, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Məhmədov Modern.az-a açıqlamasında bunun səbəbini izah edib: “Siqaret və spirtli içkilərin əksəriyəti xaricdən idxal olunduğundan manatın devalvasiyasının təsiri nəticəsində də qiymət artımı baş verib. Dolların bahalaşması bu məhsulların qiymətlərinə birbaşa təsir edib. Ümumiyyətlə, Azərbaycanda siqaret və spirtli içkilərin istehsalı çox azdır. Hazırda Azərbaycan anbarlarında ehtiyatlar da var. Buna görə də məsələyə baxmaq, müəyyən qədər idxalı azaltmaq olar”.

İqtisadçı-deputat, ümumiyyətlə, insanları bu məhsulların istifadəsindən çəkinməyə çağırıb: “Siqaret və spirtli içkilər əhalinin sağlamlığı üçün xeyirli bir şey olmadığından istifadə etməmələri məsləhətdir. Amma təbii ki, istifadə edənlər olacaq. Mən də maraqlanmışam. Alıcıların dediyinə görə, 1 manat 80 qəpiyə olan siqaretlər 2 manat 40 qəpiyə satılır. Tamamilə doğrudur, bu hallar var”.

Deputat ölkə başçısının verdiyi göstərişin süni qiymət artımının qarşısının alınmasında böyük rol oynayacağını vurğulayıb: “Nəzərə alaq ki, dövlət başçısı İqtisadi İnkişaf Nazirliyinə süni qiymət artımının qarşısının alınması üçün tapşırıq verib. Hesab edirəm ki, yüksək səviyyədə işlər görülsə, nəzarət mexanizmi işə salınsa qiymət artımı olmamalıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam