Redaktor seçimi
Düşüncələr, təəssüratlar -
“Alfa LTD” şirkətinə növbəti ittiham:
“Bakı sarayları” mülk sahibləri ilə qarşıdurmada-
Yüzlərlə azərbaycanlının diri-dirini yandırıldığı məscid –
51 ilin neftçisi fəryad edir:
Alimin “İntihar kəndiri”:
Biləsuvarda analoqsuz “torpaq hərracı”:
Günün xəbəri

“Moskva üzümə yalan danışıb”

 

Kerri: Moskva həqiqəti təhrif etməkdə inadlıdır
"Xeberinfo.com":  Məlumata görə, ABŞ-ın dövlət katibi John Kerry bildirib ki, Rusiya nümayəndələri özlərinin Ukraynadakı fəaliyyətləri ilə bağlı dəfələrlə onun “üzünə” yalan danışıblar.

ABŞ Senatının beynəlxalq münasibətlər üzrə komitəsi qarşısında çıxış edən Kerry komitə sədri, respublikaçı Lindsey Graham-in Rusiya tərəfinin Ukraynanın şərqindəki vəziyyətlə bağlı yalan danışıb-danışmadığı barədə sualına müsbət cavab verib.
“Rusiyada mənim soyuq müharibənin ən qızğın dövründən bu günə qədər görmədiyim ən açıq və geniş təbliğat kampaniyası dövrü yaşanmaqdadır, – Kerri deyib. – Onlar bir çox hallarda mənim və başqalarının üzünə duraraq həqiqəti təhrif etməkdə, yalan danışmaqda… israrlıdırlar”.
Rusiya hakimiyyəti Ukrayna ərazisində onun nizami qoşunlarının vuruşduğunu davamlı olaraq inkar edir, lakin münaqişədə Rusiya könüllülərinin iştirak etdiyini istisna etmir.
Moskva həmçinin separatçılara silah ötürdüyünü inkar edir. Qərb ölkələri isə bu bəyanatları həqiqətdən uzaq hesab edirlər.
Kerry Amerika konqresmenlərinin Ukraynaya silah verilməsi barədə çağırışlarını şərh etməkdən imtina edib. O bildirib ki, belə bir tədbir hələ də Obama administrasiyası ilə konqres arasında müzakirə mərhələsindədir.
Fevral ayının əvvəlində New York Times qəzeti xəbər vermişdi ki, Obama administrasiyası Ukraynaya müdafiə silahları, ilk növbədə tank əleyhinə raketlər ötürməyə razılıq verə bilər.
Bundan daha əvvəl Ukrayna prezidenti Petro Poroşenko Ukraynaya hərbi yardım göstərməyə çağırış etmişdi. /BBC


Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?

    Bəli
    Xeyr