Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Şəhid olan əsgərimiz dəfn olunub

 

Fevralın 21-nə keçən gecə düşmənin Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin mövqelərinə basqını zamanı şəhid olan əsgər Cavadov Zəlimxan Eybalı oğlu doğulduğu Qobustan rayonunun Ərəbşalbaş kəndində dəfn edilib.
"Xeberinfo.com":  Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şəhidin cənazəsi fəxri qarovul müşayiəti ilə dəfnə yola salınıb.
Vida mərasimini Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani açaraq müdafiə naziri, general-polkovnik Zakir Həsənovun başsağlığını şəhidin ailəsinə və doğmalarına çatdıraraq qeyd edib ki, dünən ATƏT-in Minsk qrupunun həmsədrləri regionu tərk etdikdən sonra erməni Silahlı Qüvvələrinin təxribat qrupu növbəti dəfə mövqelərimizə basqın etməyə cəhd göstərib. Lakin əsgərlərimizin ayıq-sayıqlığı nəticəsində düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib: “Azərbaycan əsgəri şəhidimizin qisasını alıb və bundan sonra da alacaq. Şiddətli atışma zamanı mərdliklə həlak olmuş şəhid əsgərimizin xatirəsi heç vaxt unudulmayacaq”.

Sonra Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək bütün qobustanlıların Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olduqlarını bəyan edib və şəhidin dəfn mərasiminin bütün əsgəri ənənələrə uyğun olaraq təşkil edilməsində göstərdiyi köməyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Millət vəkili, professor Xanhüseyn Kazımlı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsinin rəisi, polkovnik-leytenant Mərdan Nəhmətov və başqaları çıxış edərək şəhidin atasına Vətən üçün belə igid oğul yetişdirdiyinə görə dərin minnətdarlıqlarını bildiriblər.

Şəhidin tabutu “Vətən sağ olsun!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” nidaları və yaylım atəşləri altında məzara endirilib. Cənazə üzərinə sərilmiş bayraq əbədi xatirə saxlanılması üçün şəhidin atasına təqdim olunub.

Şəhid atası bu bayrağın tezliklə Xankəndi, Şuşa, Laçın və işğal altında olan digər torpaqlarda ucaldılacağına əminliyini bildirib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam