Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

Rövnəq Abdullayevin işçisi səhiyyə sektorunda meydan sulayır

 

Bəzi məmurların, komitə sədrlərinin, nazirlərin, deputatların, icra başçılarının bizneslə məşğul olması, şirkətlər qrupu yaratmaları mütəmadi olaraq müzakirə edilən mövzulardan biridir. 

"Xeberinfo.com":  Məlumata görə, Qanunvericiliyin biznes fəaliyyətini məmurlara qadağan etməsinə, bununla bağlı Cinayət Məcəlləsində xüsusi maddənin nəzərdə tutulmasına baxmayaraq, indiyə qədər nəinki hər hansı məmur cəzalandırılmayıb, əksinə, onlar biznes fəaliyyətlərini genişləndirərək iqtisadiyyatın ən gəlirli sahələrində inhisarçı mövqe yaradıblar.

Araşdırmalar göstərir ki, bəzi məmurların biznesləri tutduqları vəzifələrə və onların şəxsi nüfuzuna adekvatdır. Ekspertlər hesab edir ki, məmurların bizneslə məşğul olması iqtisadiyyata zərbədir. Onların fikrincə, məmur nəzarətindən kənarda hansısa biznes sahəsini təsəvvür etmək mümkün deyil: "Azərbaycanda iqtisadiyyat, sahibkarlıq üzərində məmur inhisarçılığının, nəzarətinin iki forması var. Hansısa biznes sahəsi bilavasitə məmurun özü tərəfindən qurulur və idarəçiliyi yaxınlarına tapşırılır. Yaxud da müəyyən biznes sahələrinə yaşıl işıq yandırılır. Məmur oradan haqqını alır. Birinci formaya - hansısa gəlirli sahəyə yaxın ətrafının adına kapital qoymaqla, o sahəni götürmək təşəbbüsünə daha çox üstünlük verilir. Nisbətən az gəlirli biznes sahələri ilə bağlı ikinci formadan istifadə edilir. Bütövlükdə tütünçülükdən tutmuş balıqçılığa qədər, idxalın istənilən növü məmur nəzarətindədir. Azərbaycanda məmur-kapitalizmi yaranıb". Biznes fəaliyyəti ilə məşğul olduğu iddia edilən məmurlardan biri də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Mikayıl İsmayılovdur. Şirkətdə əsas söz sahiblərindən biri olan vitse-prezidentin biznes fəaliyyəti ilə məşğul olması haqda indiyə kimi mətbuatda silsilə yazılar dərc olunub. Və onun Bakıda yüzlərlə mənzilinin, ticarət obyektlərinin, Ağsu aşırımında restoranlarının, həmçinin ölkənin ayrı-ayrı rayonlarında fermer təsərrüfatının olması haqda ilginc faktlar açıqlanıb. Buna rəğmən, Mikayıl İsmayılov özü barədə mətbuatda gedən informasiyaları nə təkzib, nə də təsdiq edib. Nə də ki, yazılanlarla bağlı vitse-prezidentin fəaliyyəti araşdırılmayıb. Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, ARDNŞ-də bir sıra əməliyyatları həyata keçirən məmur səhiyyə sektoruna iri sərmayələr yatırmaqdadır. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, hazırda paytaxtda fəaliyyət göstərən iki məşhur klinika- "Baku Medical Plaza" və "Modern Hospital" sözügedən məmurun nəzarəti altındadır: "Düzdür, mətbuatda zaman-zaman "Modern Hospital"ın şirkətin prezidenti Rövnəq Abdullayevə, "Baku Medical Plaza"nın isə Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmova məxsus olması barədə şayiələr yayılıb. Amma bu məlumatların heç biri həqiqətə uyğun deyil. Ona görə ki, hər iki özəl səhiyyə ocağının arxasında Mikayıl müəllim dayanıb. Neft Şirkətinin ikinci şəxsinin bu klinikalarda tez-tez görünməsi deyilənlərin əsassız olmadığını sübut edir. Həm " Baku Medical Plaza"ya, həm də " Modern Hospital"a məmurun yaxın adamları nəzarət edir. Bu klinikalar ən müasir və bahalı tibbi avadanlıqlarla təmin olunublar. Elə buna görə də göstərilən xidmətlərin qiyməti çox bahadır. Məsələn, " Modern Hospital"da qanın ümumi analizi 15, qanda hemoqlabinin müəyyənləşdirilməsi 8, sidiyin ümumi analizi 6 manata başa gəlir. Böyrək daşının analizi 30, QİÇS analizi 25, ümumi müayinə 35, ginekoloji müayinə 40, mütəxəssis müayinəsi 50, qanda qlükozanın müəyyən olunması 15, döş vəzisinin xoş xassəli şişlərin xaric edilməsi 250-450, mədə əməliyyatları 750-850, öd kisəsi əməliyyatları 900-1000, ginekoloji USM 15, Uroloji USM 10, rentgen müayinəsi 8-14, bağırsaqlarda əməliyyatlar 750-950, sistem köçürmək 6 manata başa gəlir. Qiymətlərin baha olmasına baxmayaraq, hospitalda vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyəti qənaətbəxş deyil. " Baku Medical Plaza"da da eyni vəziyyət yaşanır. Burda qiymətlər " Modern Hospital"la müqayisədə daha bahadır. Doğuş əməliyyatlarının qiyməti dodaq uçuqladır. Belə ki, adi üsulla doğuş əməliyyatının qiyməti 600-700, qeysəriyyə əməliyyatının qiyməti isə 800-1500 manat arasında dəyişir. Vətəndaşlara bir qəpik də olsa güzəşt edilmir. Həkimlər pul kassaya vurulmamış heç bir xəstənin dərdi ilə maraqlanmırlar". Qeyd edək ki, Səhiyyə Nazirliyinin (SN) nümayəndələri vaxtaşırı olaraq özəl tibb mərkəzlərində yoxlama aparırlar. Maraqlıdır ki, nazirliyin əməkdaşları bu vaxta kimi nə "Baku Medical Plaza"da, nə də "Modern Hospital"da yoxlama aparıblar. Görünür, nazirliyin vəzifəli şəxsləri Mikayıl İsmayılovdan çəkinərək ona məxsus klinikaların fəaliyyətini araşdırmırlar. Sonda bir məsələni də qeyd edək ki, Mikayıl İsmayılov kimi məmurların səhiyyə sektorunda yaratdığı monopoliya bu sektorun inkişafdan qalmasına gətirib çıxarıb. Odur ki, nazir Oqtay Şirəliyev tezliklə məsələyə bir əncam çəkməlidir.

Yazı ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.

 

Dia.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam