Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

“Azərbaycan hakimiyyəti məni tam əmin etdi...”

 

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki “Euronews” kanalına eksklüziv müsahibəsində Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlığın gedişindən danışıb.

"Xeberinfo.com":  Məlumata görə, Patrik Hikki hələlik hər şeyin plan üzrə getdiyini bildirib.

Ötən həftə oyunlara hazırlıq üzrə koordinasiya komissiyasının hesabatı ilə tanış olan P.Hikki deyib ki, narahatlıq üçün heç bir əsasın olmadığını xəbər verməkdən çox şaddır.

“İki gün ərzində biz Bakıda Bakı-2015 oyunlarına hazırlıq üzrə məsul olan bütün mühüm strukturlardan ətraflı məlumatlar aldıq, bu cür iri idman yarışları ərəfəsində meydana çıxan ənənəvi problemləri müzakirə etdik. Biz verilən məlumatlardan çox məmnunuq”- o bildirib.

Patrik Hikki deyib ki, Azərbaycan Bakıdakı Olimpiya stadionu da daxil olmaqla iri idman qurğularının tikintisini yekunlaşdırmaq üzrədir və bu obyektlərin yarışlara qədər tam hazır olacağına əmindir. O, Bakıda keçiriləcək yarışlar zamanı KİV-lərin fəaliyyətinə heç bir məhdudiyyət qoyulmayacağına dair əminliyini də bildirib.

“Bizim vəzifəmiz Olimpiya Xartiyasını dəstəkləmək və olimpiya dəyərlərini inkişaf etdirməkdir. O cümlədən Bakıda akkreditə olunan bütün KİV-lərin oyunlarla bağlı xəbər yaymaq imkanı olmalıdır. Azərbaycan hakimiyyəti məni tam əmin etdi ki, iyunda keçiriləcək Avropa Oyunları zamanı Olimpiya Xartiyasının bütün prinsiplərinə əməl olunacaq”- deyə P.Hikki bildirib.

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam