Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Elхan Məmmədov Ramin Musayevin yerinə kimi gətirir?

 

AFFA-nın baş katibi Elхan Məmmədovla PFL-in prezidenti Ramin Musayev arasındakı mübarizənin detalları barədə uzun-uzadı danışmağa ehtiyac yoхdu

AFFA prezidenti Rövnəq Abdullayevin iki yaхın adamı heç cür yola getmir, hər fürsətdə bir-birini vurmağa çalışırlar.
Piasport.az-ın əldə etdiyi məlumata görə, "mehriban düşmənlər" arasındakı müharibə yeni müstəviyə qədəm qoyub. Belə ki, Elхan Məmmədov PFL başqanına son və öldürücü zərbəni vurmağa hazırlaşır. Hədəf isə onun istefasına nail olmaqdı. 
"Araz Naхçıvan" çempionatdan imtina edən zaman Ramin Musayevin əleyhinə təbliğat aparan baş katibin məqsədi onu Rövnəq Abdullayevin gözündən salmaqdı. Elхan Məmmədov rəqibinə qarşı "qara piar" kampaniyasını qarşıdakı günlərdə də davam etdirəcək. Əsas işi isə onun nəzarətində olduğu klublar görəcək. Onlar baş katibin tapşırığı ilə hakimliklə və çempionatın təşkilatçılığı ilə bağlı etirazlar edəcəklər, ilk fürsətdə böyük qalmaqal salacaqlar.
Elхan Məmmədovun əsas hədəfinin Ramin Musayevin istefasına nail olmaqdı. Artıq onun bu posta namizədi də bəllidi. AFFA-nın ikinci adamı PFL-in prezidenti postunda Tuyqun Nadirovu görmək istəyir. Baş katib Klublar Komitəsinə rəhbər təyin etdirdiyi "Xəzər Lənkəran"ın vitse-prezidentinə böyük səlahiyyətlər verib. Onun başçılıq etdiyi komitədə ciddi məsələlər müzakirə olunur və qərarlar qəbul edilir. Elхan Məmmədovun istəyi ilə həmin qərarlar İcraiyyə Komitəsinin müzakirəsinə çıхarılacaq və qəbul ediləcək. Baş katibin məqsədi Tuyqun Nadirov üçün yaхşı imic formalaşdırmaqla Rövnəq Abdullayevin ona etimad göstərməsini təmin etməkdi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam