Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Prezident məhkəmələrlə bağlı fərman verdi

 

Nazirlər Kabineti üç ay müddətində təkliflər hazırlayıb prezidentə təqdim edəcək

Prezident İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” qanununda dəyişikliklər edilməsi barədə” qanununun tətbiqi haqqında fərman verib.
"Xeberinfo.com":  Məlumata görə, dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, sözügedən qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərar qəbul edib və tapşırıq verib:
Fərmana əsasən, Nazirlər Kabineti “Məhkəmələr və hakimlər haqqında” qanununda dəyişikliklər edilməsi barədə” qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir;
Mərkəzi icra hakimiyyəti orqanlarına normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq, bunun icrası barədə beş ay müddətində prezidentinə məlumat vermək tapşırılıb. 
Nazirlər Kabineti isə həmin qanundan irəli gələn digər məsələləri həll etməlidir.
Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Məhkəmələr və hakimlər haqqında” qanununda dəyişikliklər edilməsi barədə” qanununa uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
Müəyyən edilməlidir ki, “Məhkəmələr və hakimlər haqqında” qanununun 110-cu maddəsinin beşinci abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
Ans press

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam