Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Azərbaycanın yollarda talanan büdcə pulları...

 

Müzəffər Baxış: “Obyektiv istintaq aparılsa, bu cinayətləri törədən bir çox vəzifəli şəxsləri məsuliyyətə cəlb etmək olar”

Məzahir Rüstəmov: “Dövlət qurumları arasında birgə fəaliyyət və ardıcıllıq prinsipi olmadığından yollar bir neçə dəfə yenilənməli olur”
“Koroğlu Rәhimov küçәsinin Hәsәn Әliyev küçәsinә qәdәr olan hissәsi yanvarın 27-dә tәmirdәn sonra açılmışdı. Cәmi 10 gün keçdi, yolu yenә tәmir edirlәr. Normal ölkәlәrdә bu әmәl cinayәt sayılır.  Buna görә mütlәq kimsә tutulmalıydı. Çünki, söhbәt dövlәt vәsaitini dağıtmaqdan gedir”.
"Xeberinfo.com":  Məlumata  görə, bu sözləri jurnalist Mahir Məmmədli sosial şəbəkədəki statusunda paylaşıb. 
Hazırda cəmiyyəti ən çox narahat edən problemlərdən biri də milyonlarla manat vəsait hesabına salınan yolların bir neçə gündən sonra yenidən qazılması və dövlət büdcəsindən xərclənən  pulların havaya sovrulmasıdır. Ancaq bu günə qədər ölkədə korrupsiyanın ən çox yayıldığı sahələrdən  biri olan yol tikintisi ilə məşğul olan qurumlardan, vəzifəli şəxslərdən kimsə məsuliyyətə cəlb edilməyib. Neftin qiymətinin ucuzlaşması səbəbindən dövlət gəlirlərinin azaldığı və hökumətin bu səbəbdən ciddi struktur islahatlarının  apardığı bir zamanda milyonlarla manat vəsaitin yollara səpilməsinin qarşısını almaq üçün niyə əməli tədbirlər görülmür? 
Musavat.com suallar ətrafında bir neçə ekspertdən rəy alıb. Hüquqşünas Müzəffər Baxışın fikrincə, dövlət büdcəsindən ayrılan vəsaitin mənimsənilməsi və bu zaman yol verilən saxtakarlıq halları Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə səbəb olur: “Azərbaycanda bu problem həddindən artıq aktualdır. Çünki yeni çəkiləcək yolların layihəsi tərtib olunarkən, məsələn Bakı-Quba yolu, Bakı-Sumqayıt yolu kimi beton  yol çəkilərkən layihəni icra edən şirkətlər KİV-də məlumat verirlər ki, bu yollar ən azı 30 il istismar olunmalıdır. Təkcə bu yollar deyil, digərlərində də oxşar problemlər var. Yəni, yolun nə qədər müddətdə istismar ediləcəyi göstərilir. Ancaq Azərbaycan reallığında bu bir faktdır ki, yol tikintisi ilə bağlı çox ciddi mənimsəmə halları var. Bu cəmiyyətə bəlli olan bir məsələdir. Çünki, 30 il müddətində istismarı nəzərdə tutulan yollar bir ilə dağılır. Bu zaman bir məsələ ortaya çıxır ki, yol tikintisi ilə məşğul olan şirkətlər ayrılan vəsaiti mənimsəyiblər və keyfiyyətli yol çəkməyiblər. Bu vəsaitin mənimsənilməsi AR Cinayət Məcəlləsində konkret cinayət məsuliyyəti nəzərdə tutur. CM-nin 179-cu maddəsinə görə, mənimsəmə və israfetmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama cinayətinin tərkib əlamətləri var. Əgər mənimsənilən əmlak 7 min manatdan yuxarıdırsa, bu zaman o şəxslərin əməlləri CM-nin 179.3.2-ci maddəsi ilə “külli miqrdarda törədilməklə” ifadəsi ilə tövsif olunur və həmin şəxslər 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilərlər. Təkcə həmin şəxslərin əməllərində digər cinayətin də tərkib əlamətləri mövcuddur. Həmin şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ağır nəticələrə səbəb olan əməl törədirlər. Buna görə də Cinayət Məcəlləsinin 308.2-ci maddəsində 3 ilədək müddətə müəyyən vəzifə tutmaq, müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan mərhum edilməklə 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Onlar həmin mənimsəməni həyata keçirmək üçün vəzifə saxtakarlığı həyata keçiriblər. Yəni, vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə, informasiya resurslarına  yalan məlumatların daxil edilməsi, sənədlərin həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, şəxsi məqsədlər və tamah niyyəti ilə törədildikdə vəzifə saxtakarlığı hesab olunur. Vəzifə saxtakarlığı cinayətinə görə, 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. 
Bundan əlavə, əgər onlar taladıqları əmlakdan yüksək vəzifəli şəxslərə rüşvət verirlərsə, onların əməlində rüşvətvermə cinayətinin tərkib əlamətləri var. AR CM-nin 312-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkəti etməyə görə, rüşvətverməyə görə cinayət məsuliyyətinə cəlb edilə bilər. Burada da 4 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Çünki, o tenderi həmin şirkətə verən qurum yaxşı bilir ki, burada dövlət əmlakını mənimsəmə faktı var. Əgər həmin vəsaitdən onlara da pay çatmasa buna göz yummazlar. Azərbaycanda bu məsələlərlə bağlı obyektiv istintaq aparılsa, bu cinayətləri törədən bir çox vəzifəli şəxsləri məsuliyyətə cəlb etmək olar. Ancaq bu çox çətin məsələdir. Çünki yüksək vəzifəli şəxslər bu cinayət əməllərində bilavasitə iştirak edirlər. Bu səbəbdən bu cinayətin iştirakçısı olan şəxslərin cəzalandırılması real deyil”. 
Nəqliyyat məsələləri üzrə ekspert Məzahir Rüstəmov isə bildirdi ki, bunun səbəbi ayrı-ayrı dövlət qurumları arasında əlaqələrin zəif olması və hər hansı yol-infrastruktur layihələri həyata keçirilərkən bu qurumlar arasında müzakirələrin aparılmamasıdır: “Yol çəkilərkən yaxşı olar ki, həmin istiqamət üzrə keçəcək digər kommunikasiya xətləri, su, qaz, kanalizasiya və sair çəkilsin, daha sonra asfalt örtüyü ilə əhatə olunsun. Ancaq Azərbaycanda demək olar ki, bu qurumlar bir-birindən xəbərsiz işləyir, yol istifadəyə verildikdən sonra gecikmiş kommunikasiya xətlərinin çəkilməsi üçün asfalt örtüyü qazılır, yamanır və istifadəyə yararsız hala gəlir. Bu yolla dövlət büdcəsinə külli miqdarda ziyan vurulur və hər dəfə yeni vəsait ayrılarkən yeyinti baş verir. Bakı şəhərinin nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə bağlı dövlət başçısının dəfələrlə sərəncamı olub ki, bunlardan bir də 2006-cı ildə verilib. Sərəncamda aydın şəkildə qeyd olunub ki, yol infrastrukturunun yenilənməsində bir neçə qurum birgə iştirak etməlidir. “Azərsu” ASC, Rabitə Nazirliyi, “Azəriqaz” ASC və digər qurumlar da öz vəzifələrini vaxtında həyata keçirməlidirlər. Bu birgə fəaliyyət və ardıcıllıq olmadığına görə, yollar bir neçə dəfə yenilənməli olur. Bir yolun yenidən çəkilməsi üçün əvvəlki xərclərin ən azı yarısı qədər vəsait xərclənməlidir. Bu isə milyonlarla manat deməkdir”. 
İqtisadçı ekspert Natiq Cəfərli isə bildirdi ki, Azərbaycanda yollara xərclənən vəsaitin həcmini dəqiq hesablamaq təəssüf ki, mümkün deyil: “Əlaqədar qurumlar vaxtaşırı olaraq hər bir layihə üzrə xərclənən vəsaitlərin həcmi ilə bağlı açıqlama vermirlər. Ancaq dolayı yollarla bəzi hesabatlara baxdıqda belə nəticəyə gəlmək olur ki, yeni çəkilmiş yolların saxlanılması üçün vəsaitlər ilbəil artırılır, ancaq bunun nəyə xərclənməsi açıqlanmır. Yeni istifadəyə verilən yolların saxlanılması üçün də ciddi məbləğdə vəsait ayrılır. Bütün kommunal xidmət mərkəzləri bir mərkəzdən idarə olunsaydı, bu yolların təkrar qazılmasının qarşısını ala bilərdi”. 
Səslənən ittihamlara cavab verən “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbər Pünhan Mürsəliyevlə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz baş tutmadı. (musavat.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam