Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Mənzil kəskin ucuzlaşacaq, yoxsa?..

 

Dövlət Statistika Komitəsi mənzil bazarı ilə bağlı yeni məlumat yayıb.

"Xeberinfo.com":  Komitənin məlumatına görə, mənzil bazarında qiymət indeksi 2014-cü ilin dördüncü rübündə üçüncü rübü ilə müqayisədə 0,6 faiz, əvvəlki ilin müvafiq rübünə nisbətən isə 10,1 faiz artıb.    İlkin mənzil bazarında qiymətlər əvvəlki rüblə müqayisədə 0,9 faiz, əvvəlki ilin müvafiq rübünə nisbətən 9,1 faiz, təkrar mənzil bazarında qiymətlər əvvəlki rüblə müqayisədə 0,6 faiz, əvvəlki ilin müvafiq rübü ilə müqayisədə isə 10,1 faiz artıb. Ekspert: "İl ərzində 8-10 faiz enmə gözlənir"  “MBA Group” konsaltinq şirkətinin baş direktoru isə fərqli fikir bildirib. Nüsrət İbrahimovun sözlərinə görə, Bakının mənzil sektorunda daşınmaz əmlakın qiymətləri 10 faiz azala bilər. Nüsrət İbrahimov deyir ki, Azərbaycanın daşınmaz əmlak bazarında son 3-4 ayda aktivliyin azalması müşahidə olunur, bu isə qiymətin aşağı düşməsini qaçılmaz edir: “2015-ci ilin birinci yarısında aktivlik əvvəlki səviyyədə qalacaq, ikinci yarısında isə müəyyən canlanma ola bilər. Lakin güman edirəm ki, daşınmaz əmlak üzrə qiymətlər il ərzində 8-10 faiz düşəcək”. Ekspertin fikrincə, kommersiya daşınmaz əmlak bazarında da eyni vəziyyət müşahidə edilir: “Kommersiya daşınmaz əmlak sektorunu mənzil sektoru ilə müqayisə etsək, 2014-cü ildə mənzil sektorunda qiymət artımı il ərzində 16 faizdən bir az artıq olub, halbuki kommersiya obyektləri təqribən 10 faiz bahalaşıb. 2015-ci ilin yanvarında mənzil sektorunda qiymətlər 0,3 faiz azalıb, bununla belə, kommersiya obyektlərinin qiyməti sabit səviyyədə qalıb”. Nüsrət İbrahimovun qənaətinə görə, 2015-ci ildə kommersiya obyektlərinin qiyməti təqribən 6 faiz düşəcək. Çaşdırıcı informasiyanın səbəbləri  “Əmlak bazarı iştirakçıları” İctimai Birliyinin qiymətləndirmə üzrə eksperti Vüsal Məstəliyevin sözlərinə görə, çaşdırıcı informasiyalar  qiymətlərdə artıb-azalmalara səbəb olur. Bu isə bir çox hallarda investorları investisiyadan potensial gəlir əldə etmək əvəzinə aktivlərin qiymətlərinin artımında maraqlı olmağa stimullaşdırır: “Mövcud vəziyyətin düzgün qiymətləndirilməsi üçün müvafiq məlumatlar sistemli və obyektiv şəkildə toplanmalı,  analiz və şərh edildikdən sonra doğru nəticə çıxarılmalıdır. Bu isə bazar iştirakçılarını doğru bilgi ilə təmin edər, alqı-satqı zamanı uyğun qərar verməkdə xəta ehtimalını minimuma endirər. Bunun üçün öncə dəyişənlə əmlak qiymətləri arasındakı qarşılıqlı əlaqəni öyrənmək lazımdır.  Məsələn, ekspert bilməlidir ki, Azərbaycan üzrə daşınmaz əmlak bazarının alıcılarının vəsaitlərinin neçə faizini  Rusiyadan gələn vəsait təşkil edir, həmin vəsaitin hər bir faiz artıb-azalması qiymətə necə təsir edir... Hazırda həmin dəyişən bilinmədiyindən ayrı-ayrı ekspertlər eyni nəticə barədə fərqli fikir söyləyirlər. Bir ekspert həmin məbləğin 10 faizdən az oldugunu, digəri isə üçdə birini təşkil etdiyini bildirməklə birincisi qiymətin enməyəcəyini, ikincisi isə enəcəyini ehtimal edir. Göstərilənləri nəzərə alaraq hesab edirəm ki, sahənin ekspertlərinin əllərində müvafiq faktor analizi olmadığı üçün apardıqları monitorinqlər əsasında yalnız statistik məlumatlar verə bilərlər, proqnoz yox..." Rublun məzənnəsi artıb-azalmaya 5-10 faiz təsir edir Vüsal Məstəliyev hazırda bazarda qiymətlərin vəziyyətini stabil hesab edir. Daşınmaz əmlak bazarı alıcılarına məxsus vəsaitlərin 10-15 faizini Rusiyadan gələn pulun təşkil etdiyi qənaətində olan ekspertin fikrincə, bunun qiymətlərə əhəmiyyətli təsiri yoxdur.  Ekspertin fikrincə, rus rublunun məzənnəsinin azalmasının qarşısını almaq üçün denominasiyanın baş verməsi zəruridir: “Rusiya öz rublundakı sıfırların sayını azaltsa, bəlkə, böhrandan yaxa qurtara bilər. Bunun üçün isə Avrasiya İttifaqına  qoşulan ölkələrin hamısının pul vahidi rubl olmalıdır ki, Rusiya rublun məzənnəsini bərpa etsin. Bütün bunlar isə mənzil bazarında 5-10 faiz canlanma yarada bilər ki, bu da böyük rəqəm deyil. Çünki Rusiyada işləyən azərbaycanlıların başlıca məqsədi pul toplayıb mənzil almaq deyil”.  Ev alıcıları hərbçilər, kompensasiya alanlar, evi sökülənlərdir Mənzil bazarında təklifin də, tələbatın da yüksək olduğunu deyən Vüsal Məstəliyev hazırda mənzil alıcılarının əsasən evi sökülənlər, kompensasiya alanlar və hərbçilər olduğunu qeyd etdi: “Hərbçilərə güzəştli şərtlərlə ipoteka verildiyi ucun onların ev almaq şansları daha çoxdur. Hökumət sektorunda çalışan şəxslər 800-1000 manat maaş almalıdırlar ki, ipoteka götürə bilsinlər. Çünki onlara 8 faizlə ipoteka verilir, nəticə etibari ilə onlar aylıq məvacibin 50 faizini mənzil kreditinə verməli olurlar. Hesab edirəm ki, ipoteka şərtləri yüngülləşdirilməyincə, qiymətlərin aşağı enəcəyi gözlənilən deyil. Digər tərəfdən, əgər söküntülər davam etsə, daşınmaz əmlak bazarında ucuzlaşma olmayacaq. Çünki pul axınını görən ev satıcıları çətin ki, qiyməti aşağı salalar”. Statistika Komitəsi ilə ekspertlərin təhlil uyğunsuzluğu Statistika Komitəsinin mənzil bazarında 2013-cü ilin dördüncü rübünə nisbətən 2014-cü ilin müvafiq dövründə 10,1 faiz artım müşahidə olunması haqda məlumatına Vüsal Məstəliyev “Əmlak bazarı” İB-n ekspertlərinin apardığı təhlilləri arqument gətirdi: “Daşınmaz əmlak bazarında 2014-cü ildə ümumi qiymət artımı müşahidə olunsa da, ilin əvvəlindən başlanan qiymət artımı dekabr ayından enmə ilə əvəz olunub.  Əmlak bazarı üzrə müvafiq təşkilatların və fərdi ekspertlərin KİV-lərdəki  rəyləri nəzərə alınaraq hesabat dövrü üçün qeyri-yaşayış sahələri üzrə orta qiymət artımını ekspertlərimiz təxminən 9,6%  səviyyəsində qiymətləndirib.  Həmçinin mənzil bazarı üzrə də qiymət dinamikası ilə bağlı müəyyən araşdırma işləri aparılıb. Araşdırmalara əsasən qeyd etmək olar ki, mənzil bazarında ilin əvvəlindən başlayan qiymət artımı ilin son rübündə stabilliklə əvəz olunub,  təklif azalıb, ekspozisiya müddəti isə yüksəlib. Göstərilənlərinin fonunda, həmçinin müvafiq sahədə çalışan mütəxəssislərin KİV-lərdə gedən rəylərinə əsasən, 2014-cü il üzrə mənzil bazarında orta qiymət artımı tərəfimizdən 13,5% səviyyəsində qiymətləndirilir". Onu da qeyd edək ki, 2014-cü ildə Avropada daşınmaz əmlak satışı üzrə nüfuzlu dünya şirkətlərinin proqnozlarına görə, 2015-ci ildə də bu sövdələşmələrin həcmi 175-180 milyard avro intervalında təxmin edilir, yəni qiymət artımı gözlənilir və Avropada otelçilik, səhiyyə və tələbə yataqxanaları kimi ixtisaslaşmış sektorlar mövcud daşınmaz əmlak bazarında getdikcə daha çox paya malik olurlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam